CəmiyyətTəhsil

İmtahanlar ixtisas yönümlü olmalıdır

Təhsil naziri hörmətli Emin Əmrullayev son çıxışında çox vacib bir məqama toxundu.
İmtahan suallarının məqsədi çaşdırmaq olmamalıdır.

Bu, prinsipial məsələdir.
Suallar elə qurulmalıdır ki, imtahan verən bilmədiyinə görə səhv etsin, başa düşmədiyinə görə yox. Əgər sualda inkarmı, təsdiqmi kimi incə məqam varsa, həmin söz açıq şəkildə vurğulanmalıdır. Lazım gələrsə qalın şriftlə, altı cızılaraq verilməlidir. Məqsəd diqqəti yönəltməkdir, çaşdırmaq yox.

Amma məsələ bununla bitmir.

Problem daha dərindir. Sistem və imtahan fənnlərinin seçimi özü mübahisəlidir.
Bir həkim olmaq istəyən gənc arkkotangens (arcctg) tərs triqonometerik funksiyanın niyə bilməlidir ki?
Bu bilik onun gələcəkdə onun hansı uroloji diaqnozu qoymasına kömək edəcək?

Bir maliyyəçi niyə tarixdə hansısa antiq sülalənin neçə il əvvəl harada yaşadığını niyə bilməlidir ki?
Bu məlumat onun investisiya qərarlarını yaxşılaşdırırmı?

Bir İT mühəndis nə üçün əzbərləməlidir ki, l, m, n, r cingiltili samitlərin kar qarşılığı yox imiş?

Əsas məsələ budur.
İmtahanlar ixtisas yönümlü olmalıdır.
Həkim üçün biologiya, kimya və analitik düşüncə əsasdır.
Maliyyəçi üçün riyazi məntiq, statistika və iqtisadi düşüncə.
Mühəndis üçün fizika və tətbiqi riyaziyyat.
Digər fənlər isə ya baza səviyyəsində qalmalıdır, ya da ixtisasa uyğunlaşdırılmalıdır.
Əgər tarix düşürsə, o zaman ümumi əzbər yox, məntiqi əlaqələr soruşulmalıdır.
Əgər coğrafiya düşürsə, iqtisadi coğrafiya soruşulmalıdır.
Əgər dil düşürsə, real ünsiyyət və məntiqi ifadə bacarığı ölçülməlidir.
Yoxsa “ikinci növ təyini söz birləşməsi” və ya “ən hündür şəlalənin dəqiq ölçüsü” kimi suallar bu günün gəncinə heç nə qazandırmır.

Biz hələ də biliyi yox, məlumatı ölçürük. Artıq dəyişmək lazımdır.
İmtahan çaşdırmamalıdır. İmtahan yükləməməlidir. Yüklənmə ali təhsilin içində olmalıdır, qapısından çöldə yox.

 

Eldəniz Amirov

Tacxeber.com

Oxşar xəbərlər

Bakıda sürücülər belə cərimələnir: Yeni üsul

redaktor

Fikrət Məmmədovun yeni vəzifəsi məlum oldu

redaktor

Generalın bacısı oğlu çimərlik fotoları ilə şantaj edilib- Rəis işləyir

redaktor