DünyaHadisəİqtisadiyyat

Çinli fəhlələrin Rusiyada böyük etiraz aksiyası

Çinli fəhlələr Komsomolsk-na-Amurda etiraz aksiyası keçiriblər.

Onlar ödənilməmiş əmək haqlarını tələb edirlər.

12 aprel səhəri Komsomolsk-na-Amur küçələrində 100-dən çox Çinli fəhlə yürüş edib. Yürüşdən sonra etirazçılar Pervostroiteley prospektinin səkilərində və qazonlarında oturublar.

Şahidlər “Ostorojno Novosti”yə bildiriblər ki, etiraz aksiyası neft emalı zavodunun yaxınlığında yerləşən tikinti düşərgəsində Petro-Hehua şirkətinin işçiləri tərəfindən təşkil edilib.

Videoya əsasən, onlar Çin və rus dillərində lövhələr daşıyaraq Rusiya Prezidenti Vladimir Putindən və “Rosneft”in baş direktoru İqor Seçindən kömək istəyiblər.

“Kasatkin Pyat” qəzeti mer Dmitri Zaplutayevin etirazçılarla görüşməyə getdiyini bildirib. Merin VKontakte səhifəsində şəhər administrasiyasının və hüquq-mühafizə orqanlarının Çinli işçilərlə danışıqlar apardığı iddia edilən bir paylaşım dərc olunub. Lakin sonradan paylaşım silinib.

Etiraz yerində növbətçi olan polis və Rusiya Milli Qvardiyası etirazçıları saxlamayıb. (Azadlıq Qəzeti)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Bu saatın ən vacib xəbərləri:

admin

Proqnozlar özünü doğrultmayacaq, düşünmək lazımdır – Əli Məsimli

admin

Şimali Koreyada bu şəxslər edam ediləcək

redaktor