DünyaSiyasət

Xalqla olan Pezeşkiandı

Şərq münasibətlər üzərində qurulmuş struktur cəmiyyətidir.
Qərb qaydalar üzərində qurulmuş sistem cəmiyyətidir.

Şərq insanı sistemsiz olduğundan, qərb insanından fərqli keyfiyyətlər qazanır. Məsələn, adaptasiya qabiliyyəti yüksək olur. Sistem yoxdur deyə, sosial zəkasını inkişaf etdirməklə necə davranmağı öyrənir, dözümlü olur.

Qərbin sistemi olduğundan, insanı sabitlik mühitində effektiv olmağı güclü bilir. Enerjisini şərq insanı kimi sağ qalmağa yox, inkişafa və ixtisasa yönəldir. Bu, qərb insanını fərdiyyətçi və risklərə biganə, xaosda zəif edir.

Təəssüf ki, Qərbin sistemi Şərqin insan potensialını özünə keçmişdən bəri təhdid görür.
İran əhalisi yüksək potensiala malikdir. Hər yeni düzənə keçiddə qurbanlar olur.
Bu aşkar həqiqəti danmaq Qərb imperializminə xidmət olar. Amma bütün imperialist ideyalar yayılmaq üçün əziblər, öldürüblər.

Problem ondadır ki, öldürülən insan potensialının əksəriyyətini aqressiv imperiyalar öldürmür, şərqin insanına öldürdürlər.
Məsələn, İranda teokratik sistem daha çox adam öldürüb, yoxsa ABŞ-İsrail?

Üçüncü dünya müharibəsidir. Əvvəlki iki dünya müharibəsində də İranın insan potensialını öldürmüşdülər. Amma o zaman daha çox cənublu azərbaycanlılar öldürüldü. Dini rejim də ilk illərində soydaşlarımızı repressiya etdi. Amma son onlillərdə daha çox fars əhalinin potensialını əzirlər.

İranın yeni idarəolunan rejimini də insan potensialının üstünə göndərəcəklərmi?
Əsas sual budur.
Düşünürəm ki, Pezeşkian faktoru, Azərbaycan və Türkiyə dövlətləri faktoru, cənublu soydaşlarımızı hədəf olmaqdan böyük ölçüdə qoruyacaq.

Pezeşkianın İslamabadşouya cəlb edilməməsi də çox yaxşı oldu.
Xalqla olan Pezeşkiandı.

 

Sahib Kərimli

Tacxeber.com

Oxşar xəbərlər

Konspirasiya dalğası: ABŞ cəmiyyətində yayğın inanclar

redaktor

Əhmədinejadın ölümü ilə bağlı şayiələr təkzib edilib.

redaktor

Rusiyada alovlarla bol olacaq iki gün.

admin