13 C
Bakı
10 Aprel 2026 23:26
DünyaSiyasət

Güney Azərbaycanda türk dilində təhsil istəyən varmı?

Güney Azərbaycan molla rejimini dəstəkləyənlər çoxdumur? Əlbəttə çoxdur.

Güney Azərbaycanda türk dilində təhsil istəyən varmı? Bəl, var. Amma azdır. Varlıların: tacirlərin, dini aristokratiyanın ana dili problemi yoxdur. İranda hər şey onlarındır. Özləri də, övladları da fars dilində təhsil alıblar. Özlərini də iranlı sayırlar. Etnik kimlik onlar üçün vacib deyil.

İş qura, varlana, deputat ola, nazir ola, hətta prezident seçilə bilərlər. Cızıqdan çıxmamaq şərti ilə Şəhriyardan türk dilində şeir də söyləyə bilərlər. Amma türk kimliyinə bürünə bilməzlər.
Özümüzü aldatmayaq, dünyanın gündəmində “parçalanmış Azərbaycan”, “Azərbaycanın bütövləşməsi” məsələsi yoxdur.

Qarabağ davasında bizə yardım etmiş qardaş Türkiyə də İranın parçalanmasını istəmir.
Yaxşı onda biz nə edək? Parçalanma ilə bağlı Stalin tezislərindən, Bəxtiyarın, Elçibəyin düşüncəsindən imtina edək, sonra nə olsun. Bəs yerinə nə qoyaq? Gözümüzün önündə 40 milyonluq azərbaycanlının ana dilinin məhvinə, farslaşmasına susaqmı?

Məncə biz Güneyə mədəni təsirləri artırmalı, İranla “yumşaq güc”lə mübarizəni davam etdirməliyik. Bu sürəcdə internet TV-lərin, sosial media səhifələrinin üzərinə böyük yük düşəcək.

Elman Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Suriyadakı toqquşmalarda 830 mülki vətəndaş öldü

admin

Bu qəzet dindarları qəzəbləndirdi – Ramazanla bağlı ŞOK FOTO

redaktor

Türkiyə və Pakistan hərbi dəniz təlimləri keçirir

admin