CəmiyyətHadisəŞikayət

Maştağada İnfrastruktur Faciəsi: Problemin Arxasında Kim Dayanır?

Maştağa qəsəbəsində vəziyyət biabırçı həddə çatıb. Yağış çoxdan dayanıb, amma küçələr hələ də göl kimidir. Bu nə deməkdir? Bu o deməkdir ki, problem yağışda yox, idarəetmədədir! Yağışın bitməsindən günlər keçib.

Bu gün Maştağa qəsəbəsi sakinləri palçığın, çirkab suyun içində yaşayır. Uşaqlar məktəbə gedə bilmir, maşınlar sıradan çıxır, insanlar hər gün əsəb keçirir. Bəs bunun cavabdehi kimdir?

Rayonun deputatı Eldar Quliyev hara baxır? Seçki vaxtı vədlər verilir, amma real problem ortaya çıxanda ortalıqda heç kim yoxdur! Bu yollar bir gündə bu hala düşməyib axı – illərin problemidir, sadəcə heç kim vecinə almır! Vətəndaşı qəti şəkildə düşünən yoxdur.

İcra hakimiyyəti nə iş görür? Büdcələr hara xərclənir? Sadə vətəndaş niyə hər yağışdan sonra eyni əzabı çəkməlidir? Vallah bu artıq problem də deyil – bu açıq-aşkar məsuliyyətsizlikdir!

İnsanlar normal yol istəyir, kanalizasiya sistemi istəyir, yaşamaq üçün minimum şərait istəyir. Bu çox şey deyil! Amma görünən odur ki, nəzarət yoxdur, məsuliyyət yoxdur, nəticə də yoxdur!

Bir qəsəbənin yolu yağışdan sonra bu günə düşürsə, bu artıq biabırçılıqdır! Bu, idarə edə bilməməyin açıq sübutudur! Vətəndaşı bu vəziyyətə salmaq hörmətsizlikdir!

Artıq boş-boş danışıq kifayətdir – konkret iş görün!

 

Aslan Həmidli

Tacxeber.com

Oxşar xəbərlər

Əhaliyə şad xəbər: Çörək ucuzlaşacaq

redaktor

Ramiz Mehdiyevin məhkəmədə ifadə verməsi istənildi

redaktor

Sevinc Vaqifqızı Sərhədsiz Reportyorlar təşkilatının “Cəsarət mükafatı”na layiq görülüb

admin