DünyaGündəmSiyasət

Moldova MDB-dən çıxdı; Ermənistan, Azərbaycan, Gürcüstan nə etməli?

Moldova MDB-dən çıxdı. Prezident Maya Sandu ölkəsinin Rusiya mərkəzli Müstəqil Dövlətlər Birliyindən çıxması barədə fərman imzalayıb.

Bu Rusiya imperializminin zəifləməsinin və çöküşə doğru getməsinin növbəti mərhələsidir. Moldova kimi Rusiyanın açıq siyasi təsirindən əziyyət çəkən bir ölkənin belə bir addım atması həm də Rusiyanın mənfi təsirinə məruz qalan başqa topluluqlara cəsarət verəcək. Məsələn, Ermənistan daha da cəsarətlənəcək, Gürcüstan Rusiyaya görə Qərblə toqquşmaya getməyə dəyməyəcəyini anlayacaq. Azərbaycan bu ölkə ilə iqtisadi və siyasi gələcəyin olmadığını və Kremlə görə AB və AŞPA kimi Qərb strukturları ilə münasibətləri risk zonasına çəkməyin faydalı olmayacağını anlayacaq.

Azərbaycan, xüsusilə, siyasi məhbuslar məsələsində və AHİM qərarlarının icrası məsələsində yenidən düşünməlidir. Nəzərə almaq lazımdır ki, indi proseslər on il əvvəlki sürətilə getmir. İndi hər gün daha bir qlobal reallıq yaranır və bu reallıqlar ölkələ`rin taleyini dəyişdirir. Bu baxımdan Azərbaycan özünü konservasiya edən, dünyaya və xalqa qapı bağlayan yolu deyil, özünü yeniləyə bilən sistemlərə inteqrasiya yolunu seçməlidir.
Bunun üçün də Rusiya və Avropa Strukturları ilə münasibətlərə yenidən baxarkən
1. Siyasi məhbus məsələsini
2. Seçkilər və demokratik yarış məsələsini
3. Azad məhkəmə məsələsini
4. Sosial islahatlar məsələsini
5. İqtisadiyyatda, xüsusilə, gömrükdə monopoliyanın ləğvi məsələsini
Başlanğıc addım kimi, ildırımsürətli həll etməlidir.

 

Seymur Həzi

Tacxeber.com

Oxşar xəbərlər

Tramp yüz minlərlə ukraynalını deportasiya edəcək

redaktor

“Neftçi” “Qarabağ”ı niyə təbrik etmədi? – “Məcbur deyilik…”

redaktor

BMT Azərbaycan və Rusiya arasındakı gərginlikdən tam xəbərdardır – Dücarik

redaktor