Böyük Britaniyanın Baş naziri Keir Starmer enerji qiymətlərinin artmasında Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampı günahlandırıb.
Bu barədə “Politico” məlumat verir.
Starmer qeyd edib ki, iki liderin hərəkətləri nəticəsində qiymətlər daim artıb-enir.
“Putin və Trampın dünyadakı hərəkətləri səbəbindən ölkə daxilində ailələrin və müəssisələrin enerji xərclərinin daim artmasından bezmişəm”, – deyə o bildirib.
