DünyaSiyasət

Doğrudur, İran Venesuela deyil. İran Venesueladan 40 dəfə güclüdür

Venesuelada bir gündə Maduro qaçırıldı, rejimin yerdə qalanları Parlamentdə “suverenliyimizdən vaz keçməyəcəyik, ABŞ cinayətkardır” şüarları səsləndirdi.

Sonra Nobel mükafatı alan müxalifət liderini heç ölkəyə buraxmadılar.
Hamı başa düşdü və yazdı ki, Venesuelada rejim yerində qaldı amma ABŞ-a təslim olub, şərtlərini qəbul etdi.

İranda isə 40 gündə Ali Dini lider və 150-yə yaxın siyasi və hərbi elita nümayəndəsi öldürüldü.
Burada da rejimin yerdə qalan simaları “suverenliyimizdən vaz keçməyəcəyik və biz qalib gəldik” deyirlər.

Ali Dini liderin yerinə oğlunun seçildiyi elan edilib, 40 gündür ortalıqda nə özü var, nə bir açıqlaması.
İran 40 gündür həlak olan liderini dəfn edə bilmir, üstəlik, 40 mərasimini erməni kilsəsində təşkil edirlər.

İslamabadda təşkil ediləcək sülh danışıqlarında ABŞ- ı vitse-prezident Vens, İranı Parlamentin sədri Qalibaf təmsil edəcək.

Ssenari və nəticəsi eyni deyil?
Sadəcə biri bir seriyalıdır, o biri 40 seriyalı. Hər ikisində rejimlər qalır amma əməkdaşlıq başlayır.
Niyə dəfələrlə ABŞ bayrağının yandırıldığı İran Parlamenti vurulmadı?
Qalibafın atası kürd, anası farsdır.
Böyük ehtimalla bir müddət sonra Müctəba Xameneinin də həyatını itirdiyini elan edəcəklər və Qalibaf İranın liderinə çevriləcək.

Bəs, İranda da Venesuelada olduğu kimi qondarma rejimlə davam etmək mümkün olacaqmı?
Düşünürəm ki, İran əhalisinin potensialı buna imkan verməyəcək.

Bir müddət sonra bu qaranlıq və kirli oyunlar aydınlaşacaq. O zaman rejim tərəfdarları da rejim əleyhdarları ilə birlikdə bu oyuna etiraz edəcəklər. Bu isə İranı böyük parçalanmaya götürəcək.

 

Sahib Kərimli

Tacxeber.com

Oxşar xəbərlər

Bu şəxsləri həm Azərbaycanda, həm də Ermənistanda tez-tez görəcəyik.

admin

Rus generaldan dəhşətli təklif: Kiyevi suda batırmaq lazımdır – VİDEO

redaktor

Ukraynada kəşfiyyat rəisinin həyat yoldaşını zəhərlədilər.

admin