Ölkəni qara çadralara bürüsə də, şənliyə meylli imişlər bu molla, ayətullalar… Camaatı töküblər küçə-meydana ki, 2 həftəlik atəşkəs iznini aldıq ABŞ-dan. Bu qələbədir, başlayın, çalıb-oynayın!, sonrası məğlubiyyət olsa, şivən variantımız var.
Şimali Koreyanın o kök-yumru rəhbəri 2020-ci il Dünya Olimpiadası ərəfəsi, 200 nəfər idmançını yığıb göndərib ölkənin qapalı bir yerində gizlicə saxlayıb. Əmr verib, millətə deyilsin ki, idmançı gənclərimiz Olimpiadaya getdilər, uğurlar olsun.
Rəhbər gözləyib, Olimpiada bitəndən sonra, bu idmançıları qapalı yerdən çıxarıb, hamısının da boynundan saxta qızıl medal asıb, yenə də əmr verib ki, deyin ki, idmançılarımız Olimpiadadan çempion olub qayıtdılar, çıxıb, küçə-meydanda millət çalıb-oynasın və sevincindən ağlamaqla.
Eyni rejimlərdir… 7 oktyabr, 2023-də də milləti çölə töküb HƏMAS qələbə çaldı, deyə, beləcə çalıb-oynatdılar, sonrası HƏMAS qırılanda isə, vay-şivənə keçirdib. Yazıq millət düşüb oyuna.
