DünyaSiyasət

40 günlük savaşın ən böyük qalibi Çindir

 “Yumşaq güc” siyasətinə üstünlük verən Pekin, ilk dəfə açıq bir savaşa girdi, şizofren Trampın vasitəsi ilə ABŞ-ın imicini yerlə bir etdi. Necə açıq savaşa girdi? Hörmüzə dünyanın ən böyük 5-ci nəsil, eyni anda 1200 raket və təyyarənin hərəkətini müşahidə edə bilən hərbi- kəşfiyyat gəmisini göndərib müharibəni idarə etməklə. Tehranı bitib tükənməyən ballistik raket və son model sürü dronlarla təmin etməklə və sairə… İranın Hörmüzdən buraxdığı gəmilərdən Çin yuanı ilə pul alması da Pekinin ABŞ-ın dollar mexanizminə qarşı güc göstərişidir.

Çin ən çox neft aldığı üç ölkədən biri olan Venesuelanı itirdikdən sonra, ağılsız və səfeh Trampı İran tuzağına çəkə bildi. Pekin 2021-ci ildə İranla uzunmüddətli 400 milyardlıq enerji müqaviləsi imzalayıb və tələbatının böyük bir hissəsini Tehrandan ucuz qiymətə aldığı neftlə təmin edir. Yəni anlayacağımız, Çin üçün İranın məhv edilməsi Pekinin qlobal vizyonunun bitirilməsi anlamına gəlirdi. İlk gündən demişəm ki, müharibə ABŞ-la Çin arasında gedir, proksilər isə İran və İsraildir.

 

Ruslan Bəşirli

Tacxeber.com

Oxşar xəbərlər

İsraildə hərbi bazada toy keçirildi – VİDEO

redaktor

Tramp Epsteini Floridada qadınları oğurlamaqda ittiham edib

redaktor

Ərdoğan BMT-ni TƏNQİD ETDİ

redaktor