DünyaSiyasət

Həqiqətəndə zehni yük yoxdursa, həyat gözəldir

Deməli, müharibədə İranın 80 generalı, 50 – yə yaxın yüksək dövlət rəsmisi öldürülüb.
ABŞ və İsrailin bir nəfər də yüksək rütbəli hərbçisi və dövlət rəsmisi zərər görməyib.

İran qalib gəldi deyənlər çox xoşbəxt adamlardı. Həqiqətəndə zehni yük yoxdursa, həyat gözəldir.
İranda baş qaldı ki, baş əymədi?
Necə ki, yaydakı müharibədən sonra payızda rejim əleyhinə aksiyalar başladı, bu qışdakı müharibədən də bir müddət sonra yeni aksiyalar başlayacaq.

Qalan Pezeşkiandı, İranı keçirəcək dünyəvi sistemə.
Daha sonra İran parçalanacaq, İsrailin Yaxın Şərqdə yeganə müttəfiqi olan Fars dövləti qurulacaq. Təsadüfi deyil ki, Netenyahu Kirin eradan əvvəl yəhudilərə etdiyi yaxşılıqdan danışırdı.

Sistemlər müharibələri bəzən tam qələbə üçün aparmazlar, bəzən hətta məğlub görünərlər. Əsas məsələ sistemi davam etdirmək və strateji nəticələr əldə etməkdir.

Daha bir ipucu deyim: bu müharibə başlamadan bir gün öncə Pakistan Əfqanıstana hücum etdi. Müharibə bitən gün Pakistan atəşkəs təşəbbüsü ilə çıxış etdi.
Axşam Trampın anormal hədələri səslənəndə B 52 – lər haradan göyə qalxmışdı? Böyük Britaniyadan.
Bu qarışıqlıqda və İranın qalib görünməsi fonunda biz Bütöv Azərbaycana doğru çox ciddi məsafə qət etdik, görünəndə görəcəksiz…..

 

Sahib Kərimli

Tacxeber.com

Oxşar xəbərlər

Meloni və Tramp arasında gizli telefon danışığı – SENSASİON DETALLAR

redaktor

Azərbaycanda bu da oldu .Naxçıvanda şok: Prokurorluq keçmiş pensiyaçını girov götürüb!

admin

Ukrayna cəbhəsində son vaxtlar çox maraqlı hadisələr baş verir.

redaktor