DünyaSiyasət

Türkiyənin “ikinci İran” olmaq cəhdi

ABŞ və İsrailin sarısıdıcı bombardmana məruz qalan İran üzun müddət mövcudluğnu qoruya bilməyəcək. İran bu bombardıman nəticəsində ölməsə də, zəlil olaraq bir müddət sonra öləcək. Bu “bir müddət” isə bir neçə həftə və ya bir neçə ay ola bilər. Ancaq bir neçə il olmayacaq.

Tarixin təkərini geri fırlatmaq, 28 fevral 2026-cı ildən əvvələ qayıtmaq mümkün olsaydı, bəlkə də İran fəlakətli sonluqdan yayına bilərdi. Ancaq artıq gecdir.
İranın dağılması zaman məsələsinə çevrildiyi bir zamanda digər təhlükəli bir prosesin şahidi olmaqdayıq. Bu Türkiyənin “ikinci İran” olmaq cəhdidir.

İstanbulda İsrail konsulluğunun yerləşdiyi bina qarşısında asayiş gücləri ilə toqquşmada öldürülən və yaralı olaraq zərərsizləşdirilən şəxslərin İŞİD terror təşkilatının üzvləri olmaslı haqqında məlumatlat yayılıb. Əgər bu məlumat öz təsdiqini tapsa, təəccüblü olmamalıdır. Kontr-admiral Türker Ertürkün Türkiyədə 35 min İŞİD yaraqlısının olduğu haqqında açıqlaması hüquq-mühafizə və xüsusi xidmət orqanları tərəfindən bu günə qədər əsaslı şəkildə təkzib edilməyib. Kontr-admiral, 2008-2010-cu illər arasında Türkiyə Hərbi Dəniz Akademiyasının komandanı olmuş Türker Ertürkün bu açıqlaması vəziyyətin nə qədər təhlükəli olduğunu göstərir. İslamçı “Yeni Şafak” qəzetinin köşə yazarı, siyasi islamın rəy liderlərindən biri İsmayıl Kılıçarslanın “sionistləri öldürməliyik” çağrışının cəzasız qalması da Türkiyədə vəziyyətin nə qədər təhlükəli hal aldığını göstərən başqa bir misaldır. Ərdoğan iqtidarının belə çağrış edənləri cəzalandırmaq istəyi olmadığı kimi, 35 min İŞİD yaraqlısını da təcrid etmək gücü yoxdur. İslamçılar dövlətdən güclü hala gəliblər. Heç bir iqtidar bundan sonra onları zərərsizləşdirə bilməz.

Bütün bu amillər və İsrailə qarşı səslənən ittiham, çağrış və təhdidlərin səngiməməsi Türkiyənin “ikinci İran” olacağı ilə bağlı fikirləri gündəmə gətirib. ABŞ-ın aparıcı beyin mərkəzlərindən (think-tank) biri olan RAND Corporation-ın aparıcı elmi əməkdaşı Bredli Martindən respublikaçıların siyasi lideri Lindsi Qremə qədər onlarla təhlilçi, siyasətçi Türkiyə ilə bağlı çox təhlükəli fikirlər səsləndirirlər. ABŞ və İsraillə yanaşı Avropanın bir çox siyasi mərkəzlərində də Türkiyənin “ikinci İran”a çevrilməyə başladığı, yəhudi dövlətinə düşmənçiliyin dövlət siyasətinə çevrildiyi haqqında fikirlər oturuşmağa başlayır. Amerikanın dövlət siyasətinin formalaşma mexanizmi haqqında az-çox bilgisi olanlar bilir ki, ABŞ-da ən çətin məqam fikir formalaşmasıdır. Bir məsələ ilə bağlı fikir formalaşandan sonra onun icrası texniki məsələyə çevrilir. İrana hərbi müdaxilədə olduğu kimi.

“İkinci İran”, “radikal sünnü oxunun qurucusu” kimi ittihamlar Türkiyəni çox təhlükəli bir prosesə doğru aparır. Türkiyənin İrandan dəfələrlə zəif olduğunu nəzərə alsaq, hər hansısa bir məhdudlaşdırııcı addım fəlakətli vəziyyət yarada bilər. Maliyyə naziri Mehmet Şimşek və Mərkəzi Bankın sədri Fatih Karahanın qarşıdakı bir il ərzində 200 milyard dollardan çox borc ödəmək üçün Londonda yeni borc tapmağa çalışdığı, dəyərli şirkətlərin dövlətə məxsus hissələrini topdan satışıa çıxarıldığı bir vaxtda istənilən bir sanksiya fəlakətə səbəb olar. Təəssüf ki, İsrail isterikasına yoluxmuşlara bütün bu dəlillər təsir etmək gücündə deyil. Ən acınacaqlısı isə odur ki, Türkiyəni bürümüş İsrail isterikası Azərbaycana da yoluxur. Bütün bunlar çox təhlükəli hadisələrə səbəb ola bilər. Təəssüf ki, məsuliyyət hissini itirmişlər hər cürə fitnəkar çağrışlar etməkdən, fikir yaymaqdan çəkinmirlər.
İrana da, iranlılara çox xəbərdarlıq edildi, ancaq anlamadılar.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Putin getsə də, Rusiya dağılacaq – KQB əməkdaşından sensasiyalı açıqlamalar

redaktor

Xankəndidə və İrəvanda mitinq tamaşasının hədəfi

redaktor

Dünyanın ən bahalı və ən ucuz şəhərlərinin adları açıqlandı.

admin