DünyaMuharibə

Hörmüz boğazına görə İranı sabah daş dövrünə göndərəcəklər.

Bu Boğazın bir hissəsi İranın, digər hissəsi isə Omanın ərazi sularına daxildir. İran boğazda öz ərazi sularnda hərəkət edən gəmilərə hardasa qadağa qoya bilər. Amma İranın hüququ yoxdur ki, Oman ərazi sularında hərəkət edən ticarət gəmilərini bombalasın. Müharibə başlayan gündən ticarət gəmiləri İranın ərazi sularına daxil olmadan Oman üzərindən hərəkət edir. İran da Oman ərazi sularında olan gəmiləri raket atəşinə tutur. Bu günə qədər ABŞ/İsrailin əsas hədəfi İranın hərbi infrastrukturu olub.

Sabahdan hədəflər yenilənir və İranın bütün enerji infrastrukturu ABŞ/İsrailin hədəfi olacaq. ABŞ/İsrailin İranın enerji infrastrukturunu vurmağa da yetərincə səbəbləri mövcuddur. İran Hörmüz boğazından keçən ABŞ/İsrailin, eləcə də onların müttəfiqlərinin neft-qaz daşıyan tankerlərinə raket zərbələri endirir. İndi ABŞ eynisini İrana qarşı edəcək, o da İranın enerji infrastrukturunu vuracaq. Mən deyərdim ki, ABŞ/İsrail hələ gecikib, xeyli vaxt itirib.

İran onların enerjidaşıyıcılarını vurmağa başlayanda ABŞ-ın da həmən cavab vermək üçün əsası yaranıb. Möcüzə baş verməsə, sabah İranı dəhşətli bombardmanlar gözləyir. Ölkənin böyük bir hissəsi uzun müddətə işıqsız, qazsız, susuz qalacaq. Milyonlarla insan bu prosesdən ağır yara alacaq.
Bütün baş verənlərin səbəbi isə İranın inancıdır. Deyir bizim kitabda yəhudilər lənətlənib, onlar şeytandır, onların dövləti ola bilməz. Beləcə başlarına qoyublar ki, biz imkan verməməliyik ki, Allahın lənətlədiyi, iblis, şeytanların dövləti olsun. Kitaba gəldikdə isə, bəli, Quranda da, hədisdə də yəhudilər lənətlənib, aşağılanıb.

Dərindən götürsək, əsas problem heç İran xalqında, Xomeynilərdə də deyil. Onlar o kitaba inanır və onun dediyinə əməl etməyə çalışırlar. Bu qanın, düşmənçiliyin dayanması üçün kitaba verilən təfsir dəyişməlidir heç olmasa.
Misir, Suriya, İordaniya, Livan 1967-ci ilə qədər İsrailə indi İranın sərgilədiyi münasibəti sərgiləyirdi. 1967-ci ildə İsrail 5 günlük müharibədə bu ərəb dövlətlərinə ağır məğlubiyyət yaşadıb, hərəsinin torpağından bir parça ələ keçirdikdən sonra o dövlətlərdə İsrailə qarşı ritorika bir az dəyişdi.

Təfsirçilər dedi ki, İsrail lənətlənib, iblisdir, şeytandır, amma bizə toxunmadıqca biz də ona toxunmamalıyıq. Onlar bu günə qədər də İsraili dövlət kimi tanımır. İsrail təbii ki, 1967-ci ildən bu günə kimi o 4 ərəb dövlətinə toxunmayıb və onlar sülh içərisində yaşayır 60 ildir. Yəhudilər bu faşist tayfadan çox şey də istəmir. Deyir mənə iblis də şeytan da de, söy də, təhqir də elə, əgər bunlardan sənə yaxşı olacaqsa. Amma dəymə mənə, ərazimə soxulma, raket atma, bunları edəcəksən cavabını da mütləq alacaqsan.

 

Xəyal Əzizbəyli

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ Ukraynaya dəstəyini davam etdirəcək – Bryus

redaktor

Maraqlı faktlar silsiləsindən, ya da, müasir dünyada cəsusluq.

redaktor

İran nüvə proqramından əl çəkməyəcək – Pezeşkian

redaktor