28.1 C
Bakı
10 İyul 2026 20:30
GündəmHadisəSağlamlıq

Adamın zorla cinsiyyəti dəyişdirildi

20 yaşlı gənc iddia edir ki, razılığı olmadan cinsiyyət dəyişdirmə əməliyyatı aparılıb. Hadisə Hindistanın Uttar Pradesh ştatında baş verib. Muzaffarnagar bölgəsində yaşayan Mucahid bəyin sözlərinə görə, Omprakaş adlı şəxs tərəfindən aldadılaraq xəstəxanaya aparılıb və iynə vurularaq huşsuz vəziyyətə salınıb. O bildirib ki, ayıldıqdan sonra həkimlər onun artıq qadına çevrildiyini deyib.

Mucahid iddia edib ki, Omprakaş son 2 ildə onu təqib edib və əməliyyatdan sonra onunla evlənmək istədiyini bildirib, hətta ailəsini təhdid edib. Lakin xəstəxana rəhbərliyi bu ittihamları rədd edib və əməliyyatın şəxsin razılığı ilə aparıldığını açıqlayıb.

Hadisə ölkədə geniş rezonans doğurub. Bharatiya Kisan Union təşkilatı məsələ ilə bağlı etiraz aksiyası keçirib və xəstəxananı qanunsuz fəaliyyətlərdə ittiham edib. Polis Omprakaşı saxlayıb, araşdırmalar davam edir. (Saglamolun.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Knesset “Erməni soyqırımı” layihəsini qəbul etmədi

redaktor

Milli Məclis səhvi düzəltdi, amma itirilən haqlar necə olacaq?

redaktor

Ukraynanın böyük qələbəsi

redaktor