CəmiyyətDin

Vətəndaşın yerinə baş örtüyü seçmək dövlətin işi deyil !

Dövlət əgər dinə qarşıcaqsa sabah Dində dövlətə qarışanda nə olacaq ?

Bu səbəbdən bu cür yanaşma bir neçə fundamental hüquqi prinsiplə ziddiyyət təşkil edir .

1.Vicdan və din azadlığı prinsipi – heç kim öz inancına görə yönləndirilə və ya dəyişdirilməyə məcbur edilə bilməz

Maddə 48. Vicdan azadlığı

II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək , yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.

2. Şəxsi həyatın toxunulmazlığı – insanın necə geyinməsi onun şəxsi seçimidir

Maddə 47. Fikir və söz azadlığı

II. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz.

III. İrqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir.

3. Bərabərlik prinsipi – dövlət heç bir həyat tərzini digəri üzərində üstün tutmamalıdı .

Əgər dövlət bu gün “baş örtüyünü belə yox, belə tax” deyirsə, sabah başqa hansı şəxsi qərarlara qarışacaq?

Bu cür qərarlar təsadüfı görünmür. Bu cəmiyyətdə süni gərginlik yaratmaq üçün düşünülmüş təxribatdır. Çünki normal dövlət vətəndaşın geyimini yox, onun rifahını düşünər.

Dövlətin işi insanların başına nə bağladığını seçmək deyil. Dövlətin işi qanunu qorumaq, azadlıqları təmin etmək və cəmiyyətə xidmət etməkdir.

Qalanı – hər kəsin öz vicdanı, öz seçimi, öz həyatıdır.

 

Kamran Məmmədli

Tacxeber.com

Oxşar xəbərlər

“Bütün dünyada ərzaq qiymətləri Yeni il ərəfəsində aşağı salınır”

admin

“Mənim sayəmdə minlərlə insan rahat yata bildi” – Psixoloqdan zəlzələ açıqlaması

redaktor

“Talassemiya işi”: Uşağımın vəziyyəti ağırdır, pulumu qaytarsınlar

admin