DünyaSiyasət

Putinin “Qarabağ nostalgiyası”

Moskvada Paşinyanla görüşündəki dialoqda, açıq görünürdü, Putinin fikri-zikri Azərbaycan, Qarabağdır. 30 il Rusiyanın Cənubi Qafqazı öz təsirində saxlama vasitəsi görünür ki, Qarabağ separatizmi imiş. Və bununla iki qonşu ölkəni, Ermənistan və Azərbaycanı daim münaqişədə saxlamaqmış: C. Qafqazda parçala hökm sür!

Zaman da bunu təsdiq etdi. Azərbaycan halal Qarabağını döyüşlə geri aldı. Qarabağ qovğası bitdi. Ermənistan–Azərbaycan münaqişəsi də bitdi. İki ölkə arası, ərazi bütövlüyü tanınması, sülh, birbaş qonşu əməkdaşlıq münasibətləri başladı. Üstəlik də, sülhün Vaşinqton təsdiqi!

Nəticədə, Moskva kənarda, bu bölğəsiz qaldı. Putin bu, “Əli aşı və Vəli aşından qalma” kimi nəticəni görünür ki, özünə qəti sığışdıra bilmir.

Ona görə də Paşinyanla söhbəti hər fürsətdə gətirib Qarabağ və münaqişə üzərinə çıxartdı. Sanki, təkid edirdi ki, sən hər de, biz başlayaq. “Dağlıq Qarabağ” söhbətini başladaq, Rusiya içində də erməni (onların qarabağlısı) çoxdur. Paşinyan da, Putinin bu, həyasız inad, təkrarlı təkidini əsəbi halda geri çevirdi. Ona işarə etdi ki, Kremlin bu, 30 illik oyunu bizi düzdə qoydu və Ermənistan artıq, öz yolunu Avropaya tutur.

Və bu “iş” alınmayanda Putin keçib Paşinyanı hədə, şantaja. Bu dəfə RF Baş Naziri müavini məlum Overçukun dili ilə. Overçuk isə bildirib:

“8 avqust 2025-ci il tarixli Vaşinqton Sazişləri, Türkmənçay müqaviləsinin imzalandığı 1828-ci ildən bəri mövcud olan regional tarazlığı pozdu.

“Tramp Körpüsü” (TRIPP) Cənubi Qafqazda regional tarazlığı qeyri-sabitləşdirib.

“Rusiyanın kommunikasiyaların bloklanması üçün danışıqlar prosesindən kənarlaşdırılması böyük bir səhv idi”.

“Bu “Tramp Marşrutu” təkcə Rusiyaın yox, həm də İranın maraqlarını təhdid edir.

“ABŞ-ın Orta Asiyadan vacib mineralları ixrac etmək və İran üzərində nəzarəti təmin etmək üçün Ermənistan ərazisindən keçən bir dəhlizə ehtiyacı var”.

Yəni Moskva Dəhlizi artıq, bölgəyə təhdid kimi çıxarır və İranı da dəhlizə qarşı olmağa çağırır.

Bu, hələ ki, Moskvanın Paşinyana xəbərdarlığı olmaqla, ilkin addımdır. Görək qarşıdan gələn seçkilərdə Paçinyana və partiyasına qarşı nə təxribatlar (ola bilsin, daha “ağırını”) quracaq?Paşinyansa görünür, heç də yüngül hədəf deyil.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

AZAL 8 yeni təyyarə alır

redaktor

Bekarçılıqdan qumar oyunlarına başladım…” – Həbs edilən diplomat

redaktor

Tehrana qarşı yeni ittiham meydana gəlib

redaktor