Kollektorun üstündə tikilmiş evi sökürlər.
Bunu bildik. Amma bir tikinti işi üçün 50 qurumdan icazə alınır, hər icazəyə görə “haqq” verilir.
Əgər icazə yoxlama aparılmadan gözüyumulu verilibsə bir cinayətdir. Əgər bilib göz yumulubsa ikinci cinayətdir.
İndi təsəvvür edin ki, Bakıda yüzlərlə tikili kollektorların üstündən beləcə keçir.
Bu hələ harasıdır.
Şəkildəki Xırdalandır. Dünənki səhər çiskininin nəticəsidir. Amma vurğulamaq istədiyim başqa məsələdir: binaların arasındakı məsafə heç 50 metr deyil, özü də göydələn. İndi təsəvvür edin ki, binanın birində bir hadisə – yanğın, qaz partlayışı, zəlzələ və allah bilir daha nələr (elə kollektor səbəbli çökmə) baş versə asanlıqla domino effektinə çevrilər, həyəti su basan kimi.
Bakı da eyni vəziyyətdədir. Bu da bir başqa məzmunlu cinayətdir.
Bir məsələ aydındır ki, Bakı şəhərini və ümumiyyətlə şəhərsalmanı abdal gününə qoyan bir qrup bandit var ki, ondan bu cinayətlərə görə cavab istənilməsi, sorğulanması, ondan qurtulmaq artıq bir xəyaldır.
Ən pisi odur ki, bu bir qrup bandit abdal gününə qoyduğu şəhərdə yox, sanki başqa planetdə yaşadığını düşünür.
