Araşdırmaçı Cavanşir Həsəsnli öz sosial hesabında hansısa azərbaycanlı nazirin Londonda real qiymətindən baha məbləğə əmlak aldığını paylaşıb:
“Londonda köhnə binada bir mənzili 17 yanvar 2002-ci ildə 800,000 funta,
19 İyun 2002 -ci ildə 1,090,000 funta, (əvvəlki satışdan təxminən 36% baha),
29 İyul 2002 – 125,000 funta (bu dəfə 89% aşağı qiymətə), və nəhayət 19 aprel 2018-ci il tarizdə son satış qiymətindən 3580% bahasına, yəni 4,600,000 funta azərbaycanlı nazirə satıblar.
Az qala 37 dəfə baha! Bunu necə bacarıblar?”
Tacxeber.com xəbər verir ki, C. Həsənli bu nazirin kimliyini qeyd etmir. Göstərilən rəqəmlər həqiqəti əks etdirisə o zaman sual ortalığa çıxır: Niyə mənzillər şişirdilmiş qiymətə satılıb?
