İran molla rejimi mənsubları, həm ölkəmizdəki aşiqləri də, var gücləri ilə ABŞ-ın 2-ci pilotunun İran ərazisindən ABŞ desantı tərəfdən, SEPAH qüvvələrini dəf etməklə, yaralı halda xilas edib də aparmasını, “yalandır, ola bilməz!” çıxarırlar. Bunu da ya qəsdlə, ya inana bilməyərək edirlər.
Əslində, burada təəccüblü nə var ki? Sizin, elə, bizdəki İran rejimi aşiqlərinin də İran ölkəsinin mühüm Paytaxt şəhərində, ən mühüm Rəhbər şəxsini, gecə yatdığı yerdə müəyyən etməklə, vurub öldürən qüvvə, sizin İran ərazinizə girib, yaralı pilotunu niyə xilas edib apara bilməsin?
Neçə vaxtdır, SEPAH rejim tərəfi deyir, hazırıq, meydan oxuyur ki, ABŞ-ın quru qoşunu gəlsin cavabını alsın. Gəldi cavabını aldı də, qoşunu yox, 50-100 nəfər desantı, SEPAH qüvvələrini qırıb kənarlaşdıraraq, pilotunu götürüb apardı. Quru qoşun hava zərbəli girsə, nə edəcəksən?
Tramp yenə də vaxt verib: gəlin danışıqlara, ya 2-ci gün darmadağın edib, sizi tam bitirəcəyik!Yaxşısı, rejim 1-ci gün ABŞ-la təcili danışıqlara girib xoşluqla və özlərinin xilası zəmanətilə bir saziş bağlasın. Hakimiyyəti İran xalqına, onun istədiyi islahatçı keçid hökumətə təhvil versin.
Bu, artıq son şansdır məncə. 2-ci gün dəhşətli zərbələrdən sonra, onsuz da, başını itirmiş bu molla SEPAH rejimi bu dəfə koma vəziyyətinə düşə bilər. Üzərində nə əməliyyat istəsən apar. Rejimin meyxanaçılar kimi: “mən valetəm, sən balet” deyə, ABŞ-a sözlə meydan oxuması nə?
Bu, “palatka” toyu deyil, hərbi-texniki və həm də ciddi savaş meydanıdır. Çox, sərt vurub əzərlər. Qarşınızda tükənməz potensiallı 1 trilyon, yəni, 1000 milyardlıq illik hərbi büdcəli ABŞ-dır. Özü də, proqnozedilməz Tramp ali baş komandanlı, Amerika xalqı, Ərəb dünyası və Avropa dəstəkli.
