İntensiv yağışlardan sonra Badamdar yamacında sürüşmə sahəsində yaranmış aktivliklə əlaqədar Badamdar-20-ci Sahə avtomobil yolunda nəqliyyatın hərəkəti dayandırılıb, əraziyə müvafiq qurumların əməkdaşları cəlb edilib.
Tacxeber.com xəbər verir ki, bu dəfə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əraziyə gəlib, əraziyə baxış keçirib.
Qeyd edək ki, bir neçə gün öncə Bakı, Abşeron, Sumqayıtda yağan yağışlar nəticəsində su basan ərazilərə baş çəkmək əvəzinə Kəmaləddin Heydərov Rasim Balayevin dəfn mərasimdə görünmüşdü.
Əvəzində isə Mədəniyyət Naziri Rasim Balayevlə vida mərasimində görünməmişdi.
