DünyaHadisə

Qarabağ avantürasının simalarından biri – Zori Balayanın ardında qalanlar

Erməni separatizminin, Qarabağ avantürasının, Azərbaycan türklərinə qarşı sistemli terrorun ideoloqlarından və təşkilatçılarından biri olan bədnam yazıçı Zori Balayan 91 yaşında vəfat edib.

O, 80-ci illərin əvvəllərində yazdığı və və tarixi təhriflərlə dolu olan “Ocaq” əsəri ilə ermənilər arasında məşhurlaşmışdı. Balayan bu kitabda  Qarabağ torpağının ermənilərə məxsusluğunu, həmçinin türklərin, o cümlədən azərbaycanlıların Rusiya düşməni olmasını iddia etmişdi.
Ermənistan mediasında onun fəaliyyətini “erməni xalqına xidmət” kimi qeyd edənlər də, bu fəaliyyəti zərərli sayıb tənqid edənlər də, hətta ona lənət yağdırıb “zdox” (gəbərib) yazanlar da var.

Azərbaycanda isə Z.Balayan birmənalı olaraq hər iki xalqın düşməni, separatizmin qızışdırıcısı, terror dəstəkçisi və Xocalı qatillərindən biri kimi tanınır. O, yaddaşlarda Xocalı soyqırımında azyaşlı azərbaycanlı uşağın dərisinin necə soyulmasını və ölümünü ləzzətlə seyr edib bu epizodu kitabına daxil edən arsız, qəddar və şərəfsiz bir iblis kimi nifrətlə xatırlanacaq…

Yaxşı ki Z.Balayan çox yaşayıb Ermənistana birləşdirmək istədiyi Qarabağın siyasi taleyini, “Artsax” mifinin puçluğunu, bu savaşda Azərbaycanın Zəfərini və faciələrinə səbəb olduğu Qarabağ ermənilərinin “miatsum”unun acınacaqlı sonunu gördü.

Qulu Məhərrəmli

Tacxeber.com

Oxşar xəbərlər

Tanınmış rəssamın qızının faciəvi ölümü – Yaxınlarda toyu olacaqdı…

admin

İsraildə hərbi bazada toy keçirildi – VİDEO

redaktor

İstanbulda həlak olan həkimin statusu müzakirə yaratdı

admin