19 C
Bakı
23 İyun 2025 21:38
DünyaGündəm

Ermənistan daha nə istəyir? – Lukaşenko


Ermənistanla Azərbaycan arasında münaqişənin həllində Rusiyanın vasitəçiliyi kifayətdir.

Tacxeber.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Stanislav Zasla görüşdə deyib.

Qeyd edilir ki, o, KTMT-nin İrəvanla Bakı arasındakı münaqişəyə cəlb etmək cəhdlərindən qəzəblənib.

“Rusiya artıq Ermənistanla Azərbaycan arasında vəziyyətin həllində vasitəçidir. Müharibə başa çatıb. Onun necə başa çatdığı da aydındır. Bu, normadır, klassikdir. Tərəflər qərara gəliblər ki, onlara vasitəçi lazımdır. Vasitəçi təbii ki, Rusiyadır. Rusiya ora minlərlə insan göndərib. Putinin dediyi kimi, rus sərhədçiləri sərhədin bütün hissələrindədir – Ermənistanın Türkiyə, İran və Azərbaycan olan bütün sərhədlərində. Yaxşı, başqa nə lazımdır? Bu istiqamətdə işləyirlər. Mən boş yerə demədim ki, oyun gedir. Başa düşürəm ki, hansı oyundur, Avropa Birliyini, ATƏT-i ora niyə sürükləyiblər. Əgər orda artıq vasitəçi varsa, onlar nəyə lazmdır?” – Lukaşenko söyləyib.

Tacxeber.com

Oxşar xəbərlər

Korotçenkodan SENSASİON ETİRAF – “Ukraynanın şərtlərimizi qəbul etməyəcəyini bilirdik”

redaktor

Xristian kişi Quranı yandıran şəxsə məhsul satmaqdan imtina etdi – VİDEO

redaktor

Çörçillin qızıl protezləri satışa çıxarılır

redaktor