16 C
Bakı
02 Aprel 2026 13:02
CəmiyyətDünya

Pakistanda körpələri niyə oğurlayır və şikəst edirlər?

Siçovul uşaqlar

Naziyə adlı bir qız bütün həyatını müsəlman ziyarətgahının yanında dilənçilik edərək keçirir – bu yer onun üçün məcburi evə çevrilib. Naziyənin görünüşü onu kütlədən kəskin şəkildə fərqləndirir. Pakistanda belə insanlara “çua” (siçovul) deyirlər və onların hamısı belə doğulmayıb.

Pakistanda qohum evlilikləri ənənəsinə görə tez-tez mikrosefaliya ilə doğulan uşaqlar dünyaya gəlir – bu zaman uşağın beyni və başı ciddi şəkildə deformasiyaya uğrayır. Belə körpələri çox vaxt dəhşətli taley gözləyir: valideynlər onları yerli mafiyaya satır və onlar ömür boyu dilənməyə məcbur edilirlər.

Niyə “çua”lara sədəqə verməkdən imtina etmək olmaz?

Bu xüsusi insanlara “Şah Daula siçovulları” da deyirlər – XVII əsrdə yaşamış müsəlman müqəddəsi sonsuz qadınlara şəfa verəcəyini vəd edirdi. Lakin sağalmağın qarşılığında ilk doğulan uşaq möcüzə sahibinə qurban verilməli idi. Şah Daula uşaqları öz məbədində saxlayır və onları dilənməyə göndərirdi. Bu günə qədər pakistanlılar inanır ki, “siçovul insana” sədəqə verməsələr, ailələrinə bədbəxtlik, sonsuzluq gələr və ya əlil uşaq doğular.

Bu dəhşətli inancdan Pakistanın kriminal aləmi vicdan əzabı çəkmədən istifadə edir. Deyilənlərə görə, “siçovul insanların” hamısı mikrosefaliya ilə doğulmur: sağlam uşaqları da şikəst edir, körpəlikdən onların başına kəllənin inkişafını dayandıran dəmir dəbilqələr taxırlar.

Baxmayaraq ki, Pakistan hökuməti vətəndaşlara körpələri Şah Daulaya verməyi qadağan edib, bu vəhşi ənənə bu gün də davam edir. Məbədlərin ətrafında tez-tez bədbəxt “siçovul insanlara” rast gəlmək olar. Onlardan bəziləri uşaq vaxtı oğurlanıb və ya ailədən satın alınıb, bir çoxunu isə valideynləri özləri gətirib ziyarətgahın yanında qoyub. İndi isə “çua”ların yalnız bir yolu var – bədbəxtlikdən qorxan insanların verdiyi sədəqə ilə sağ qalmaq.

Ülviyyə Alovlu

Tacxeber.com

Oxşar xəbərlər

Binəqədidə “ağlamalı” vəziyyət: Maşın gecikdi, ərazini zibilxana bildilər – Foto

redaktor

İsrail polisi Qüdsdə “Haber Global”ın əməkdaşlarına silah tuşlayıb

redaktor

İranda dron daşıyan avtomobillər SAXLANILDI-FOTO

redaktor