11 C
Bakı
29 Mart 2026 10:26
CəmiyyətQalmaqalŞikayət

“Bakıda şəhərsalma varmı?”

“Bakıda ab-hava heç də yaxşı deyil. Şəhər suyun altında qalıb. Mən Gədəbəyliyəm, dağlar oğluyam. Mənə zaval yoxdur. Badamdarda yaşayıram. Ora da yağdı, amma selin qabağını ala bildilər”

Bunu tanınmış həkim, fizioloq Rəşid Mahmudov bildirib. O daha sonra güclü yağışların yağmasına səbəb ekologiyanın çirklənməsini göstərib:

“Bu o deməkdir ki, müharibə gedir. Müharibənin qoxusu, bombası, bütün insanların zibilləri yağışların güclü yağmasına bir səbəbdir. Yer üzünü Allah insanlara təmiz verib. İnsanlar çirkəndirdilər, Allah da yuyub apardı. Bunun cavabı budur” deyə o bildirib.

Rəşid Mahmudov Bakı küçələrində kanalizasiya sisteminin iflic vəziyyətdə olduğunu bildirib:

“Bakıda şəhərsalma varmı? Kimin pulu çoxdursa şəhərin mərkəzində, asfaltın ortasında ev tikir. Buna görə də kanalizasiya sistemi iflic vəziyyətdədir” deyə o bildirib.  (Moderator.az)

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Oqtay Əliyevin dəfnindən sonra media niyə tənqid olundu? – “Dəxli olmayan suallar,

admin

Kuryerdən ŞOK SÖZLƏR: “Xanımlar elə geyimdə qarşımıza çıxır ki…“ – VİDEO

admin

Azərbaycanda FACİƏ: Övladını boğulmaqdan xilas etməyə çalışan ata öldü

admin