İranın Milli Təhlükəsizlik Şurasının katibi olan Əli Laricani neçə gündü şikayətlənir, savaşda heç bir islam ölkəsi İranın yanında yer almadı. O İslam ölkələrini İrana dəstəkli birliyə çağırır, heç bir müsəlman ölkəsi isə, reaksiya vermir…
Verərmi? Əvvəla, Xomeynizm ideyaları əsaslı İran rejimi olaraq, sən əslində İslam adı ilə öz xüsusi “inqilab” və onu ixrac siyasətini aparan totalitär diktatura olaraq nə İslama, nə də heç, Şiəliyə belə uyğun deyilsən. Daha çox 1917-ci ildə Rusiyada bolşeviklərin inqilab deyib, Çarı yıxıb, yerində, öz xalqını repressiv terror edən, və “gözəl” inqilabını digər ölkələrə ixracla zülm yaratma niyyətli rus totalitarizminə uyğunsan.
İkincisi, sənin işin bu, 47 ildə İslamı bölücülük, ərəb ölkələrini rəqib gözündə aşağılamaqla öz Xomeynizm “neoşəliyini” sünnilikdən də, hətta, ənənəvi şiəlikdən və hətta Kərbalanı Məkkədən belə üstün tutmaq olub. Sən necə İslam ölkəsi olursan, sənin yeganə dostun-qardaşın xristian Rusiya və buddist Çindir, onlara xidmətdə ikən?
Sən necə İslam ölkəsi olursan, Azərbaycan din qardaşıdır, deyib, onun ağır işğal günləri, işğal tərəfi xristian Ermənistana silah yardımı etdin, ki, “din qardaşını” vursun, qırsın, tam dağıtsın? Sən necə İslam ölkəsi olursan, indiki savaşda bütün qonşu müsəlman ölkələrə heç səbəbsiz raket atırsan, yeganə bir xristian qonşuna yox?
Sən, İran molla rejimi, özün anla, öz antiislami və antiinsani əməllərindən doğan bu səbəbləri.
