DinDünyaSiyasət

İran inqilabının paradoksu

Bu gün nahardan sonra İranda Xameneinin oğlu Müctəbanın and içmə mərasimi olacaq. Siyasi hərbi elitanin əksəriyyəti bir yerdə olacaq. Yəqin ki, ABŞ və İsrail belə bir imkanı düzgün dəyərləndirə biləcək.

Amma əsas məsələ bu deyil. Onsuz da İranın 3 komplekt rəhbərliyi artıq nəfəs almır. Əsas məsələ budur ki, dindarlar İranda 1979-cu ildə inqilab edəndə əsas tələbləri bundan ibarət idi ki, hakimiyyət atadan oğula, oğuldan nəvəyə kecməsin. Bu şüar İranda inqilab ilə nəticələndi, sağ devrildi və Xomeyni hakimiyyətə gəldi. 10 il sonra Xomeynini Xamanei əvəz etdi. 37 ildən sonra isə dini lideri bu vəzifəyə layiq olanlar deyil, Xamaneini oğlu Müctəba əvəz etdi.

Burada öz prinsiplərinə qarşı çıxan “banan dövlət” anlayışı yerinə düşür.
ABŞ Xameneinin əksər ailə üzvlərini və nəvələrini aradan götürdü, amma Müctəbaya dəymədi. Əgər yaxın günlərdə Müctəba vurulmasa, deməli Müctəba Tramp ilə bu prosesi razılaşdırıb. Trampın bu barədə ad çəkmədən bəyanatı da proseslərə uyğun gəlir. Nə isə, xeyirli uğurlu olsun, amma bu barədə İsrail eşitməsin.

Əks halda İrandan İsrailə qaçan general Qaanı Tehranda yaşayan qohumları və dostları vasitəsilə Müctəbanın mübarək yerini Netanyahuya çatdıracaq. Əsl musiqili komediya bundan sonra başlayacaq.
İran rəhbərliyinin bir hissəsi İsrail, digər hissəsi ABŞ agentidir, amma nədənsə SEPAH və ETTALAT gözünün önündə olan düşmənləri kənar ölkələrin ərazisində axtarır.
Buna görə də İran mütləq məğlub olacaq. Çünki, dostu ilə düşmənini tanımayan, öz prinsiplərini ən yüksək səviyyədə ayaqlar altına alan bir ölkə artıq məglubdur.

Ədalət Verdiyev

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ bu gündən Kanada və Meksika mallarına rüsumlar tətbiq edəcək

redaktor

Rusiyada həyacanlı anlar: 2 sərnişin təyyarəsi QƏZA ENİŞİ ETDİ

admin

Peskovdan Azərbaycanla bağlı suala qəribə cavab

redaktor