Bu da maraqlıdır, İranın belə bir çətin anlarında onun ümid etdiyi kimsə, əməli kömək verərmi?
Bu barədə Kreml sözçüsü, Peskova sual edilib.
Və Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ABŞ-İsrail birliyilə İrana qarşı müharibədə ona BRICS üzvlüyü silahlı qarşılıqlı yardım öhdəliyi nəzərdə tutmur. Bu birlik digər sahələrdə əməkdaşlığa aiddir, Peskov bildirib.
Sual verilib: Rusiya Prezidenti Vladimir Putinin BRICS liderləri ilə bu təşkilatın üzvü olan İranla bağlı görüşməyi planlaşdırmı?
Peskov cavab verib: belə bir görüş olmayıb və Moskva yalnız İran rəhbərliyi və münaqişədən təsirlənən dövlətlərlə sadəcə bir əlaqə saxlayır. Dolayısı ilə İran gərək özü-özünü müdafiə etsin.
Bu da İranın Rusiyanın Ukrayna işğalına dəstək üçün “Şahed” dronları və digər silahlar göndərib Rusiyaya görə özünü bütün dünyada xar etməsi əvəzində Kremlin ona dar günündəki cavabı. Bu da, İran rejiminin nə qədər səhvlər etmə sübutu.
Bilməli idi ki, Ukraynanın tərəfində olan Dünya, işğalçını “Şahed” təminilə, onun üzərinə yeriyər. Və bir vaxt, ay haray məni işğal edirlər deyəndə, ona, Ukrayna işğalını dəstəyi yada sala bilərlər.
Və İran rejiminin bu günkü çöküş, məğlubunun səbəbi də məhz, bu kimi yanlışları cəmindədir. Nə lazım idi sənə Hüsi, Hezbulla, Həmas və ya inqilab ixracı, qonşuda Kərimə dövləti qurmaq? Allah neft sərvəti verib, ye, xalqını da saxla də!
