CəmiyyətDünyaHadisəSiyasət

Xameneinin ölümünə yas tutanlar

Ermənilərin Azərbaycan torpaqlarını işğal etməsində Rusiya ilə yanaşı Seyid Əli Xameneinin rəhbərliyi altında olan İranın müstəsna rolu olmuşdu. Azərbaycan xalqının işğal altındakı torpaqlarını uzun müddət azad edə bilməməsinin əsas səbəbi də Rusiya ilə yanaşı İranın Cənubi Qafqazda status-kvonu qorumağa çalışması ilə bağlı idi.

İşğal altındakı Azərbaycan şəhər və kəndlərinin talan edilməsininin əsas səbəbi Azərbaycanlıların doğma yurdlarına dönmək arzusunu sarsıtmaq idi. Azərbaycanlılara qarşı bu bədnam cinayətin həyata keçirilməsində ermənilərlə yanaşı İran dövləti və cəmiyyəti də iştirak etmişdi. İran dövlətinin razılığı, cəmiyyətinin iştirakı olmadan işğal altındakı Azərbaycan şəhər və kəndlərini ermənilər təkbaşına talan edə bilməzdilər.

İşğal altındakı Azərbaycan torpaqlarının azad edilməsi üçün güclü Azərbaycan ordusunun yaranmasına, Vaşinqtonun siyasi dairələrinin, xüsusilə də 2020-ci ildə Ağ Evin sahibi olan Donald Trampın razılığının alınmasında İsrail qədər rolu olmuş ikinci bir dövlət yoxdur. İkinci Qarabağ Müharibəsi zamanı dünya mətbuatında Azərbaycanın haqlı davasını yəhudi lobbisi qədər dəstəkləmiş ikinci bir güc yoxdur.
Rusiya və İranın Cənubi Qafqazda təsirinin son 200 ildə ən aşağı səviyyəyə düşməsini, Mərkəzi Asiya (Türküstan) dövlətlərinin Rusiyadan yan keçməklə Avropa və dünya bazarlarına çıxış qazanmasını təmin edəcək Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” nun (TRIPP) Vaşintqonda dəstək qazanması yəhudi lobbisinin və İsrail dövlətinin müstəsna fəaliyyətinin nəticəsidir.

Azərbaycanın və Mərkəzi Asiyanın kiber təhlükəsizliyinin təmin edilməsinə, süni intellekt naliyyətlərindən bəhrələnməsinə İsrail qədər dünyada töhfə verən dövlət yoxdur. Bütün bunlardan sonra Xameneinin İsrail-ABŞ tərəfindən öldürülməsinə yas tutanlar Azərbaycan xalqının maraq və mənafelərini deyil, teokratik rejimin maraqlarını müdafiə edirlər. Belələrinin əməllərinə qiyməti cəmiyyətlə yanaşı təhlükəsizlik orqanları verməlidir.

İranın ali rəhbəri Seyid Əli Xamenenin öldürülməsi gec də olsa haqqın, ədalətin qələbəsidir.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

“Çimərlik geyimində ziyarətgaha gəlmişdilər”

redaktor

Aşıq Namiq danışdı: Anam yaşında qadın idi…

redaktor

Rusiyada 50 maşın toqquşdu – 4 ölü, 16 yaralı

redaktor