7 C
Bakı
28 Dekabr 2025 05:37
Dünya

Rus ordusuna ağır zərbə: Silah anbarları məhv edildi

Ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələri cənubda 27 rus işğalçısını və düşmənin xeyli texnikasını məhv edib.

Bu barədə “Cənub” Əməliyyat Komandanlığının “Facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

İşğalçılar hücum təyyarələri və helikopterləri ilə üç dəfə Ukrayna mövqelərinə və Berislav rayonunun yaşayış məntəqələrinə zərbə endirib.

Buna cavab olaraq Ukrayna Silahlı Qüvvələrinin aviatorları düşmənin canlı qüvvə və texnikasının cəmləşdiyi ərazilərə üç dəfə hücum edib və zenit qırıcıları daha bir Su-25-i dəqiqliklə vurublar.

Müdafiə Qüvvələrinin raket və artilleriya bölmələri 156 atəş missiyasını yerinə yetirib.

“Düşmənin təsdiqlənmiş itkiləri: 27 işğalçı, bir tank, 2 minaatan, bir “Akasiya” özüyeriyən silahı, 23 millimetrlik zenit silahı və 5 ədəd zirehli texnikadır”, – məlumatda deyilir.

Baştan və Berislav rayonlarında düşmənin döyüş sursatı olan 2 anbarı məhv edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Şoyqu “Vaqner”in silahlı qiyamından sonra ilk dəfə üzə çıxıb – VİDEO

admin

Pezeşkian Netanyahunun İranda qiyam çağırışına cavab verib

redaktor

Trampdan qəribə paylaşım. Foto nəyə işarədir? –”Yaxınlaşmaqda olanı heç kim dayandıra bilməz”

redaktor