22.6 C
Bakı
07 İyun 2026 00:34
DünyaGündəmHadisəSiyasət

Görünən odur ki, bu xəmir hələ çox su aparacaq…

İranın dövlət televiziyası və rəsmi mənbələri Ayətullah Əli Xamaneinin və onun ailəsinin bir neçə üzvünün öldüyünü təsdiqlədi…

Qəribədir…Bir tərəfdə illərdir onun zülmündən əziyyət çəkdiyini deyən insanlar bayram edir, digər tərəfdə onun şəhid olduğunu düşünən insanlar ah-fəğan edir..

İndi maraqlı olan budur ki, onun ölümü İranı teokratik dövlət olmaqdan xilas edəcək? Edamlar dayanacaq? Qapalı ölkə modelindən demokratik ölkə modelinə keçid edə biləcək? SEPAH-ın rolu nədən ibarət olacaq? Pezeşkianın aqibəti necə olacaq?

Böyük ehtimalla İranda teokratik dövlət modeli hələ bir müddət davam edəcək. Çünki İran sistemi tək bir şəxsdən ibarət deyil. “Vilayəti-fəqih” modeli Konstitusiyada möhkəmlənib və onu qoruyan dini-siyasi elita var. Lider dəyişə bilər, amma sistem qalır. Yəni teokratiya avtomatik bitmir. Tarixdə avtoritar sistemlərdə lider ölümü çox vaxt liberalizasiya yox, konsolidasiya gətirib. İranda da bunun bənzərini görə bilərik.

ABŞ və İsrail bununla dayanacaq, yoxsa masada tələb etdikləri bütün şərtləri İran tərəfindən alanadək irəli gedəcək? İranın proksiləri hadisəyə necə reaksiya verəcək?

Bir sözlə, görünən odur ki, bu xəmir hələ çox su aparacaq…Allah Cənubi Azərbaycandan olan qardaş və bacılarımızı qorusun.

 

Jalə Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

“Trampın yenidən prezident seçilməsi fəlakət olar” – Almaniyalı nazir

admin

Xocavənddə 4 körpüyə birləşdirilən yüksək partlayış gücünə malik qurğular aşkarlanıb – FOTO

redaktor

Türkiyədə 70 kiloqram qızılla saxlanılan azərbaycanlı polkovnik-leytenant imiş – DETALLAR

redaktor