CəmiyyətSiyasət

Mürgüləmə məsələsinə sözardı…

Bəzi ziyalılar, siyasətçilər, mətbuatçılar Elmlər Akademiyasının iclasında yatan, mürgüləyən alimləri sudan quru çıxarmaq, bu yanlışı sanki, malalamaq istəyirlər, hər cür arqument flrladıb, bilərək ki, qüsurlu olmuş. Ən azı Akademiyaya, elmə, tutduqları posta, özlərinə hörmət etməlı.

Yuxun gəlir, gecə yaradıcılıq edib yatmamısan, dayana bilmirsən, icazə al, get evdə yat, rahat. Mən bilmirəm, bu hərəkəti müdafiə edənlər nə yeni tendensiya ortaya qoymaq istəyirlər? Hər bir idarədə, nazirliklərin kollegiyasında ya Milli Məclisdə və s. yatmaq legitimli qanuniləşsin?

Digər tərəfdən, o, mürgüləyən alimlər cinayət, faciə törətməyiblər ki, kəskin qınağa, təhqirə, söyüşə tutulsunlar. Olmaz bu və özü, pozuntu sayılır və inzibati, ya cinayət tərkibli cəzası var. Belə də baxanda, hörmətli alimlər, elə yaxşı ki, bu mənzərə ilə həlli vacib problemi üzə çıxarıb.

Nədir, problem?

Nəhayət, bu kütləvi mürgüləmэ onu aydın etdi ki, bu ali elm ocağının üzvlərində, yuxu gətirən iclasda, ümumən Akademiyada bir, bekarçılıq var. Görünür, zamanı ilə məşhur, hörmətli olan, ölkə elminə, xalq və cəmiyyətə tövhələr verən Akademiya sistemi müasir dövrün tələblərinə uyğunsuzdur, bekar qalır. Demək, bu sistemin kökündən dəyişilib, reforma edilməsi vacibdir.

Yeni, müasir standartlarla yaradılarsa, ali elmi mərkəz öz əsas istiqamətini və elmi kəşflərini mənim zənnimcə, dünyada bu saat, çox vacib sayılan texnoloji həm iqtisadi tərəfə yönəltsin. Ölkə inkişafı üçün vacib olan bu, iki sahə üzrə dünyada inkişaf yarışı vaxtı, humanitar elmləri, tarix, fəlsəfə və s. məncə 2-ci sıraya keçirməli. Araşdırın ki, əksər dissertasiyalar tarix üzrədir.

İnciməsinlər, kimə uyğun olmadısa, bu yazım, amma düzəliş üçün düzünü dürüst deməlisən.

 

İlqar Altay.

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Ərdoğanın andiçmə mərasimində Paşinyan İlham Əliyevin arxasında əyləşdi – FOTO/VİDEO

redaktor

Xamenei xalqı təbrik etdi: İran İsrailə qalib gəldi

redaktor

Kamala Harrisin kampaniyasına 24 saat ərzində rekord məbləğ toplandı

admin