DünyaSiyasət

Vaşinqtonda İranla bağlı qərar bu gün verilə bilər, nə baş verir?

Bu gün Uitkoff və Kuşner Cenevrədə İranla danışıqların növbəti raundunu başa çatdırıblar, yəqin ki, son danışıqlardır.
Danışıqlar üç saat davam edib.

ABŞ İran qarşısında aşağıdakı tələbləri irəli sürüb:

– Fordo, Natanz və İsfahan da daxil olmaqla bütün üç nüvə obyektinin məhv edilməsi;

– Bütün zənginləşdirilmiş uranın ABŞ-a təhvil verilməsi;

– Uranın zənginləşdirilməsinin tam sıfırlanması, lakin İran Tehrandakı tədqiqat reaktorunu saxlaya bilər;

– İlkin mərhələdə sanksiyaların məhdud yumşaldılması mümkündür. İran şərtlərə əməl edərsə, bu yumşalma genişləndiriləcək;

– Razılaşma müddətsizdir.

Artıq məlumatlar yayılır ki, İran bu şərtləri birmənalı rədd edib.

Bir neçə saatdan sonra Trampın Ağ Evdə Pentaqonun rəhbərliyi və Milli Təhlükəsizlik Şurasının üzvləri ilə İran məsələsi üzrə iclası keçiriləcək və orada qərar qəbul oluna bilər.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

“Türkiyədə güclü meşə yanğınları olanda Diyanət İşləri dedi ki, yanğınların sönməsi üçün topluca dua etmək əmri vermişik”.

admin

Qobustanı dünyaya tanıdan və Nizami məzarını açan alim – İshaq Cəfərzadə

redaktor

Dünyanın ən güclü pasportlarına sahib ölkələri – ADLAR

admin