DünyaSiyasət

Zülm etməklə ölkə abad olmaz.

Həbs etmək kifayət deyilmiş kimi, indi də həbsxananın içində təzyiq mexanizmi işə salınır.

Tofiq Yaqublu yenidən karserdə istirahət edir. Bu, artıq hüquqi məsələ deyil, siyasi mesajdır. Cəmiyyətə göstərilən mesaj.

Onun oğlu, son Qarabağ savaşının qazisi Rəhim Yaqublu Vaşinqtonda siyasi məhbuslara azadlıq tələbi ilə etiraz edib. Bu, kiminsə xoşuna gələ bilər, ya gəlməz. Amma bir vətəndaşın mövqeyinə görə atasını həbsxanada cəzalandırmaq nə hüquqdur, nə dövlətçilik.

Əgər həqiqətən belə bir əlaqə varsa və cəza “mesaj” xarakteri daşıyırsa, bu artıq təhlükəli tendensiyadır.

Həbsxana intizam yeri ola bilər, amma siyasi təzyiq alətinə çevrilməməlidir.

Eyni zamanda xanım jurnalistlərlə bağlı xəbərlər də ciddi narahatlıq doğurur. Həbsdə olan qadınlara qarşı əlavə basqılar barədə yayılan məlumatlar araşdırılmalı, şəffaflıq təmin olunmalıdır. Dövlət gücünü zəiflər üzərində göstərməz. Güclü dövlət öz tənqidçisindən qorxmaz.

Mən öz adımdan bu yanaşmaya etiraz edirəm.

Çünki zülm sabitlik yaratmır.

Zülm qorxu yaradır. Qorxu isə inamı məhv edir.

Azərbaycanın bu gün ehtiyacı daha çox həbs, daha çox təzyiq deyil. Azərbaycanın ehtiyacı siyasi gərginliyin azaldılmasıdır. Konsensusdur. Qarşılıqlı anlaşmadır.

Mən bir daha iqtidarı müxalif fikirli insanlarla dialoqa səsləyirəm.

Azərbaycan qorxu üzərində deyil, inam üzərində qurulmalıdır.

Zülm etməklə ölkə abad olmaz. Özümüzü aldatmayaq.

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Fələstinli jurnalist: “Həmas-ın bizi idarə etməsini istəmirəm”

redaktor

“Əli Kərimli bizim “Paşinyan”ımızdır ”- Qüdrət Həsənquliyev

redaktor

Bu ölkə 4 günlük iş həftəsinə keçdi – Nəticə şok etdi

admin