Cəmiyyət

Alimin “Bravo” marketin kassiri qədər maaş aldığı ölkə

“Həftənin beş iş günü ərzində saat 6 -da yuxudan durub yola çıxıram, 8-30dan 13-30-a qədər dərsdə oluram..Sonra Akademiyaya işə gəlib elmi tədqiqatlar aparıram. Onlarla, yüzlərlə arxiv sənədi, kitablar, əlyazmalar oxuyuram. Xaricdə nəşr ediləsi məqalələri hissə hissə tərcümə edirəm, yerli jurnallara məqalə yazıram. Konfransda iştirak üçün tezis yazıram, sonra dərslik, proqramlar üzərində çalışıram. Yeməyi belə çox zaman kompüter arxasında yazı yazaraq yeyirəm. Sonra saat 6 da işdən çıxıb iki saat yolda oluram. Evə saat 10da çatıram və gecə saat ikiyə qədər yenə sənədlər, kitablar və materiallar üzərində işləyirəm. Gün ərzində dörd beş saat yuxu görürəm.

Nədir ki, sonda alim olaraq Bravo marketin kassiri qədər maaş alıram. Bu maaşa kreditlər ödəyirəm, xaricdən sənəd alıram,. məqalə ödənişi edirəm, digər dillərdə olan sənədlərin tərcümələrinə pul ayrıram.

Nə üçün? Azərbaycan vətəndaşları bilgilənsin, maariflənsin. Özümə bir şey etmirəm, amma kreditlər içində bata bata Azərbaycanın keçmişini və böyüklüyünü sübut edən sənədlər alıram. Nə üçün də? Bizə lağ edəsiniz deyə? Alimlərin şəklini paylaşıb elmə ayrılar pullar boş yerə gedir deyəsiniz deyə?

Amma ölkədə olan ədalətsiz yaşam tərzinə göz yumursunuz !!!! Bir alimin 600 manatla necə yaşamasına görməzdən gəlib amma lağ edəsiniz??

Ölkəni bərbad günə qoyan və sistemi yatmağa məcbur edən məmurlara söz deməyə cəsarət tapmayanların əlinə bəhanə düşüb !!!

Mənim kimi bu gün fotolarını paylaşıb lağ etdiyiniz alimlər də eyni həyatı yaşayır. Bu ölkədə alim ən axırıncı adam kimi dövlət tərəfindən qəbul edilir. Çünki bu hakimiyyətin elm və təhsilin dünya səviyyəsinə çıxmasında marağı yoxdur. Olsa idi normal əmək haqqı verib, alimin digər işlərə deyil, sırf elmə diqqət ayırmasında maraqlı olardı.

Ömrünü elmə sərf edən insanların ən yüksək dərəcəlisinin əmək haqqı min manatı keçmir.Amma Bravo kimi şirkətlər təkcə min manatı adi işçiyə verirlər.

Gün ərzində cəmi bir saat imkan olur ki, özünə ayırasan, onu da işdə balaca gözünü yumursan. Beyin yenidən işləməsi üçün bu lazımdır..

Ayda 6 mindən çox maaş alıb yatan millət vəkillərinə söz deməyə cəsarəti olmayan media isə 24 saatın 18 saatını beyin işinə sərf edən şəxslərə lağ edir.

AMEA niyə bunu etmədi, niyə belə eləmədi deyirsiniz. Amma bilirsiniz ki, bu ölkənin deputatı belə azad qərar qəbul edə bilmir, Amea kimi kiçik bir qurumdan nələrsə gözləyirsiniz? Bilə bilə ki, bu ölkədə nazir belə Aparat izni verməsə danışa bilmir. Siz durub Amea-dan nələrsə tələb edirsiniz ?

Bir mediada düz sözü yazmağa qorxursunuz, qandallı qələmlərinizlə yaşayırsınız. Durub Ameadan Azadlıq gözləyirsiniz ? Əvvəlcə öz qandalarınızdan azad olun, sonra bizim qandalları qolumuzdan açın.

Qəfəs içərisində yaşayanlar digər qəfəsdə olanlara lağ edirlər.

Sonra da durub deyirlər ki, ölkədə ziyalı yoxdur. Ziyalıları siz öldürmüsünüz..məhv etmisiniz. Ayaq altında əzimisiniz. Amma durub yaşlı, ömrünü Azərbaycanın inkişafına sərf edən alimlərin fotolarını paylaşıb lağ edirsiniz..

Nə oldu? Bomba oldunuz? Gülüş likeləri artdı? Zor adamlar oldunuz?

Yaşlı alimləri, insanları gülüş hədəfinə çevirib onları təhqir etdirib xoşbəxt oldunuz ?

Atanız, babanız, ananız, nənəniz yaşda ömrünü və həyatını elmə verən insanlara lağ etdirib bomba adam oldunuz !!!

Erməni ordan Azərbaycanı dünyada aşağılayıcı yazılar yazsın, onlara yeganə elmi cavab verəcək insanlar yorğun olub balaca gözünü yumub deyə dərhal baltanı əlinizə alın doğrayın!!

Bitdi…”

 

Zaur Əliyev
Alim.

Tacxeber.com

Oxşar xəbərlər

İşğaldan azad olunan bölgələrdə sanitariya-gigeyina qaydaları ilə bağlı tədbirlər keçirilir

admin

QALMAQALLI filmə görə aktyorların bığları qırxıldı.

admin

Emin Ağalarov Bakıda daha bir 8 mərtəbəli bina tikir

admin