DünyaHadisəİqtisadiyyat

ABŞ tarixində İLK dəfə Prezident 1974-cü ilin “Ticarət Aktı”nın 122 maddəsinə müraciət edib

ABŞ Ali Məhkəməsi Trampın 1977-ci ilin IEEPA(International Emergency Economic Powers Act) qanununa əsaslanan tariflərini qanunsuz elan edən kimi bütün tariflər avtomatik olaraq sıfırlanıb və Tramp dərhal bütün ölkələrə qarşı 15%-lik yeni tariflər elan edib. Nə baş verir?

Uzaqdan başlayaq

1977-ci ilin IEEPA qanunu ABŞ Prezidentinə “ABŞ milli təhlükəsizliyinə təhdid” təqdirdə iqtisadi tədbirlər həyata keçirməyə imkan verən qanundur. İqtisadi tədbirlər demişkən söhbət sanksiyalardan, maliyyə əməliyyətların dayandırılmasından və aktivlərin dondurulmasından gedir. IEEPA qanununda tariflər barəfə heç nə deyilmir, amma buna baxmayaraq Tramp bu qanunu özünə sərf etdiyi formada(ticarət disbalansını “ABŞ milli təhlükəsizliyinə təhdid” kimi qiymətləndirirdi, tarifləri isə iqtisadi “rıçaq” olaraq işə salırdı) təqdim edərək digər ölkərə qarşı tariflər tətbiq edirdi. Nəticə hamımıza bəllidir, Ali Məhkəmə bu qanuna əsaslanmağa qadağan etdi.

Ali Məhkəmənin qərarı nəticəsində bütün tariflər sıfırlanandan dərhal sonra Tramp 1974-cü ilin “Ticarət Aktı”nın 122-ci maddəsinə əsaslanaraq bütün ölkələrə qarşı 15%-lik tariflər elan etdi, amma və lakin burada ciddi nüanslar var. “Ticarət Aktı”nın 122-ci maddəsi tarifəri ancaq 150 gün müddətinə icazə verir, sonra isə Konqresin icazəsi tələb olunur. Əsas məsələ ondadır ki, bu maddə tariflərin tətbiqinə yalnız beynəlxalq ödənişlərlə bağlı ciddi problemlər yarandığı halda icazə verir, məsələn, iri həcmli ticarət balansı kəsiri, dolların kəskin ucuzlaşması və s. Bunların heç biri indi yoxdur.

Çox güman ki, bu qanuna əsaslanan tariflər də Ali Məhkəmədə mübahisələndiriləcək və Tramp orada da məğlub olacaq.

İstənilən halda bu məsələ iqtisadi deyil, siyasidir və Konqresə noyabr seçkiləri ərəfəsində Trampın Ali Məhkəmədə belə ağır məğlubiyyəti öz sözünü deyəcək.

 

Kamran Cəfərov

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Pakistan ordusu Hindistanda aviabazaları vurdu.

admin

Maduro “TikTok” və “Instagram”ı nifrət mühiti yaratmada ittihamladı

redaktor

Pastuxov: Rusiyada rus millətçiliyi şovinizmə çevrilir və ölkənin dağılmasına gətirib çıxarır

redaktor