DünyaSiyasət

“ARXİVLƏRİ AÇMAQ, ONLARI İFŞA ETMƏK LAZIMDIR…” – Sabiq nazirdən sərt AÇIQLAMA

“Belə çıxır ki, Kremli ittiham edən ‘beşinci kolon’dur, Kremlin siyasətini maskalayan isə “demokrat”?

“Kreml Azərbaycana qarşı informasiya hücumuna başlayıb. Hazırda ölkəyə qarşı təşkil olunmuş kampaniya müşahidə olunur və bu prosesə adekvat reaksiya verilməlidir. Bizim hüquq-mühafizə orqanları isə yalnız əvvəllər açıq mətbuatda dərc olunmuş “ifşaedici materialları” yaymaqla kifayətlənirlər”.

Tacxeber.com xəbər verir ki, bunu keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkə hesabında yazıb.

Keçmiş nazir hesab edir ki, artıq müəyyən arxiv materiallarının açıqlanmasının zamanı çatıb.

Onun sözlərinə görə, hakimiyyət və ya müxalifət statusundan istifadə edərək “beşinci kolon” rolunu oynayan şəxslərin kimliyinə aydınlıq gətirilməlidir.

“Arxivləri açmağın və hakimiyyət statusu ilə, yaxud müxalifət pərdəsi altında ‘beşinci kolon’da yer alanların kim olduğunu göstərməyin vaxtıdır”, – deyə T.Zülfüqarov vurğulayıb.

Sabiq XİN rəhbəri xaricdən səslənən bəzi ittihamlara da münasibət bildirib. O qeyd edib ki, bəzi dairələr Kremlin siyasətini ört-basdır edənləri “demokrat”, Kremlin fəaliyyətini tənqid edənləri isə “beşinci kolon” adlandırmaqla məntiqsiz yanaşma sərgiləyirlər.

“Belə çıxır ki, Kremli ittiham edən ‘beşinci kolon’dur, Kremlin siyasətini maskalayan isə “demokrat”? Bu, açıq məntiq pozuntusudur”, – deyə o bildirib.

T.Zülfüqarov hesab edir ki, mövcud şəraitdə cəmiyyət qarşısında açıq danışmaq və konkret adları çəkmək lazımdır.

“Düşünürəm ki, artıq arxivlərin bir hissəsini açmağın və hər kəsi layiq olduğu adla çağırmağın vaxtıdır”, – deyə sabiq nazir əlavə edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanlı kişilər 4 arvad ala biləcək – Şərtlər

redaktor

“Mançester Yunayted”dən Vinisius üçün fantastik təklif

admin

Putinə verilən 50 gün vaxt 10 günə endirildi.

admin