17 C
Bakı
26 Oktyabr 2026 11:12
DünyaGündəm

“Twitter”in yaradıcısı yeni sosial şəbəkə qurdu

“Twitter”in həmtəsisçisi Cek Dorsi “Bluesky Social” adlı yeni sosial şəbəkəsini elan edib.

Onun əsas xüsusiyyəti “AT Protocol” alqoritmi əsasında mərkəzsizləşdirmə olacaq. Bununla belə, Dorsinin yeni layihəsi həmkarlarından onunla fərqlənəcək ki, istifadəçilərə digər sosial şəbəkələrdəki hesab və məlumatlarını “Bluesky Social”a köçürməyə icazə veriləcək.

Sosial şəbəkənin mərkəzsizləşdirilməsinin təmin edilməsi və hesabların köçürülməsi funksiyası barədə təfərrüatlar açıqlanmır.

Qeyd edək ki, yeni şəbəkənin yaradılması işlərinə 2019-cu ildə başlanılıb. Hazırda sosial şəbəkə qapalı beta sınaq mərhələsindədir. (gazeta.ru)

Tacxeber.com

Oxşar xəbərlər

Ankara–Bakı münasibətlərində yeni mərhələ: böhrandan dialoqa doğru?

redaktor

Apardı sellər Saralı!

redaktor

Serbiyada tələbələrin seçki inqilabı

redaktor