ABŞ Prezidenti Donald Tramp yerli əhaliyə tibbi yardım göstərmək üçün Qrenlandiya sahillərinə Amerika xəstəxana gəmisinin göndəriləcəyini elan etdi. O, bu barədə sosial media platforması TruthSocial-da açıqlama verib.
Amerika liderinin sözlərinə görə, missiya Luiziana qubernatoru Ceff Lendri ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Gəmi Trampın qeyd etdiyi kimi, tez-tez laqeyd qalan xəstə insanlara kömək etmək üçün Qrenlandiyaya gedir.
ABŞ prezidenti bildirib ki, “Luiziana ştatının möhtəşəm qubernatoru Ceff Lendri ilə birlikdə Qrenlandiyaya heç kimin vecinə almadığı çoxsaylı xəstə insanlara qulluq etmək üçün gözəl bir xəstəxana gəmisi göndəririk. O, artıq yola düşüb”.
