7 C
Bakı
22 Fevral 2026 04:50
DünyaMuharibə

Regionda 2003-cü il İraqa hücum dövründən bu yana bu qədər böyük hərbi hazırlıq görünməyib.

ABŞ Yaxın Şərqə yüzlərlə təyyarə göndərir. Qırıcılar, ağır nəqliyyat aviasiyası, kəşfiyyat və dəniz patrul təyyarələri, yanacaqdaşıyıcılar böyük miqyaslı qruplaşmadır. Üstəlik Əmman sahillərində iki USS Abraham Linkoln və USS Gerald Ford aviadaşıyıcı zərbə qrupu növbə çəkir.

Şərhçilər deyirlər ki, 2003-cü ildə İraqa hücuma hazırlıq dövründən bu yana belə böyük hərbi hazırlıq görünməmişdi.

Tramp nə etmək istəyir, Tehranı qorxutmaq, yoxsa doğrudan da müharibəyə başlayacaq? Məsələ qorxutmaqdırsa, hərbi dekorasiyaya milyonlarla dollar pul xərcləməyə dəyirmi? Bəlkə qorxutmağın effekti də məhz onun bahalığındadır?

Trampa İranın nüvə arsenalına malik olmasının qarşısını almaq hava-su kimi lazımdır. Bu, İranda rejimin dəyişdirilməsindən də irəlidir. Trampın sonuncu məsələ haqqında artıq danışmaması Ağ evdə birinci məsələyə üstünlük verilməsini göstərir.

Noyabr seçkilərinə qədər Tramp Yaxın Şərqdə əhəmiyyətli nailiyyətlərə nail olmasa nəinki təmsil etdiyi partiyanın seçkilərdə uduzmasına, hətta özünün impiçmentinə səbəb ola bilər.

Qarşımızda çox bahalı və çox böyük “şahmat” gedişi oynanılır.

 

Arzu Qaziyeva

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Ermənistanın Bakıdakı səfirliyi bu binada yerləşib – TARİXİ FOTOLAR

redaktor

Sovet desantları Praqanı bu cür aldadaraq işğal etdilər.

admin

BMW-ni 10 milyona satdı, pulunu orduya göndərdi

redaktor