10 C
Bakı
21 Fevral 2026 18:34
DünyaGündəmSiyasət

Oyuncaq tapança diplomatiyası

ABŞ Maliyyə naziri Skot Bessent Ali məhkəmənin Trampın tariflərini qanunsuz hesab etməsi barədə qərarına maraqlı reaksiya verib.

Ali məhkəmənin tarifləri ləğv etmək qərarına baxmayaraq, digər ölkələri Trampla əldə olunmuş ticarət razılaşmalarına əməl etməyə çağırıb;
Bu qərarın ölkəyə ciddi zərbə vurduğunu və Trampı mühüm təsir vasitəsindən məhrum etdiyini bildirib.

Vəziyyəti anlamaq üçün belə təsəvvür edin: quldur üstünüzə tapança çıxarıb 1000 manat alır, sonra da sakitcə oturub çayınızdan içir. Sonra məlum olur ki, tapança oyuncaq imiş. İndi isə deyir ki, “biz bunu danışıqlar yolu ilə həll etmişdik, gəlin sövdələşməni qüvvədə saxlayaq.”

Day bu qədər də yox da.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Nazirlikdən “TikTok“-la bağlı açıqlama: “Hələ…“

redaktor

Daha bir rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyuldu – Zatulin, Milonov və…

redaktor

Kiyevdə partlayış səsləri eşidildi

redaktor