Bugün günortadan sonra bir tədbirə yetişmək üçün taksi ilə “8-ci kilometr” bazarı istiqamətində hərəkət edirdim. Qəfil yaranan izdiham yolumuzu kəsdi. Əvvəlcə nə baş verdiyini anlamasaq da, qısa müddət sonra mənzərə aydınlaşdı: bazarda oğurluq edən bir neçə qaraçı qadın satıcılar tərəfindən ifşa olunmuş və əraziyə polis çağırılmışdı. Bir dəstə qaraçı hadisə yerinə toplaşaraq polisə qarşı ağlasığmaz müqavimət göstərməyə başladılar.
Qaraçılardan biri əlindəki ülgüclə (lezva) qollarına, boynuna və qarnına cızıqlar ataraq, “Bizi buraxmasanız, özümü doğrayacam” deyə bağırırdı.
Kənardakı qaraçılardan biri fürsət tapıb polis əməkdaşının üzünə kəsici alətlə xəsarət yetirmişdi, onun alnından qan axırdı, amma o, vəzifəsini yerinə yetirməyə davam edirdi.
Tədbirə tələsdiyim üçün hadisənin sonunu görə bilməsəm də, gördüklərim bir həqiqəti çılpaqlığı ilə ortaya qoydu: Polis əməkdaşlarımız hər an nəzarətdən çıxa biləcək, həyati təhlükə daşıyan, riskli şəraitdə xidmət aparırlar. Soyuqqanlı şəkildə kəsici alətlərdən istifadə edən, həm özünə, həm də ətrafdakılara xəsarət yetirməkdən çəkinməyən qaraçılar paytaxtın ictimai təhlükəsizliyi üçün ciddi siqnaldır.
Oğurluq, narkotik satışı, kuryerlik və dilənçilik adı altında vətəndaşları soymaq… Bu qanunsuzluq hara qədər davam edəcək? İctimai asayişin qorunması üçün bu kimi hallara qarşı ən sərt tədbirlərin görülməsi, paytaxtımızın bu təhlükəli qaraçılardan təmizlənməsi artıq qaçılmazdır!
