10 C
Bakı
20 Fevral 2026 15:48
İdmanMüsahibə

“Litva – Azərbaycan matçını səbirsizliklə gözləyirəm” – Deyvidas Çesnauskis

“Əvvəla, milli komandalar arasında bu matçı səbirsizliklə gözləyirəm. Düşünürəm ki, komandalar təxminən eyni səviyyədədirlər. Ona görə də bizi çox maraqlı və gərgin bir mübarizə gözləyir”.

Tacxeber.com xəbər verir ki, bu sözləri Qol. az saytına açıqlamasında Litva millisinin və “Bakı”nın sabiq futbolçusu Deyvidas Çesnauskis deyib. O, Millətlər Liqasının 2026/27 mövsümündə Azərbaycan yığması ilə Litva millisi arasında keçiriləcək görüşlər haqda fikirlərini bölüşüb.

D Liqasının 2-ci qrupunda mübarizə aparacaq sözügedən komandalar sentyabrın 27-də Litvada, oktyabrın 4-də isə Azərbaycanda qarşılaşacaqlar.

44 yaşlı sabiq yarımmüdafiəçi isə açıqlamasında Litva millisinin güclü tərəflərindən söz açıb: “Komandamız həqiqətən keyfiyyətlidir. Oyunçular həmişə meydanda, xüsusən də rəqabətli matçlarda əllərindən gələni edirlər. Həm hücumda, həm də standart vəziyyətlərdə fərq yarada bilən keyfiyyətli və intizamlı futbolçularımız var”.

O bildirib ki, bu matçları taleyini müəyyən detallar həll edəcək: “Düşünürəm ki, çox şey futbolçuların oyuna yanaşmasından, taktikadan və kimin fürsətlərindən ən yaxşı şəkildə istifadə etməsindən asılı olacaq. Bu kimi oyunlarda detallar çox vaxt hər şeyi həll edir. Gərgin bir oyun gözləyirəm və əminəm ki, azarkeşlər əsl futbol döyüşü izləyəcəklər”.

D.Çesnauskis Azərbaycan – Litva oyununu izləmək üçün Bakıya gəlməyi planlaşdırdığını da söyləyib: “Bəli, bu barədə düşünürəm. Amma səfəri hələ dəqiq planlaşdırmamışam. Əlbəttə ki, Bakıya getmək istərdim. Əvvəllər də qeyd etdiyim kimi, Bakı orada yaşadığım 3 il ərzində həyatımda çox güclü iz buraxıb. Bakı ilə bağlı çoxlu isti və gözəl xatirələrim var. Həm futbol, ​​həm də şəxsi həyat baxımından. Ona görə də oraya qayıtmaq mənim üçün həqiqətən xüsusi olardı”.

Qeyd edək ki, D.Çesnauskis 2011-2014-cü illərdə “Bakı”nın formasını geyinib. O, 15 il – 2001-2016-cı illərdə Litva millisində oynayıb.

Ramiq Ağaməmmədov

Tacxeber.com

Bizimlə əlaqə: tacxeber.com

Oxşar xəbərlər

“Onu komandaya gətirməyib ki, şorabaya qoysun”

admin

Fatih Terimin komandasında böhran – Maaş ala bilmirlər

redaktor

“Qarabağ”ın direktoru Şahruddinin gedəcəyini təsdiqlədi

admin