8 C
Bakı
19 Fevral 2026 23:20
DünyaSiyasət

Britaniyada kralın qardaşı saxlanılıb

Böyük Britaniya kralı III Çarlzın qardaşı Endrü Mauntbetten-Vindzorfevralın 19-a saxlanılıb. Xəbəri BBC və “Sky News” yayıb.

Onun dövlət qulluğunun öhdəliklərini pozmaqda şübhəli bilindiyi bildirilir.

Endrü seksual cinayətkar Ceffri Epşteyn işi ilə əlaqədar saysız iddialarda çəkilir. Özü isə hər hansı səhv hərəkətə yol vermədiyini, amma Epşteynlə dostluğuna görə təəssüfləndiyini bildirir.

BBC onun Epşteynə konfidensial hökumət sənədlərini göndərməsi iddiaları ilə bağlı saxlanıldığını xəbər verir.

Polis bu ayın əvvəlində bu iddiaların araşdırıldığını bildirmişdi.

ABŞ Ədliyyə Nazirliyi 3 milyon sənədi yayandan sonra Endrü hər hansı şərh verməyib. Sənədlərə görə, o, 2010-cu ildə rəsmi səfərlərə getdiyi Vyetnam, Sinqapur və digər yerlər barədə Epşteynə informasiya ötürüb.

Bu gün keçmiş şahzadənin 66 yaşı tamam olur.

Ötən ilin oktyabrında onun şahzadə titulu alınıb və Norfolkda yaşayır.

31 oktyabr 2025

Britaniya kralı qardaşını şahzadə titulundan məhrum edib

Böyük Britaniya kralı III Çarlz qardaşı, şahzadə Endrünü titulundan məhrum edib. Bundan sonra o, “Endrü Mauntbetten-Vindzor” adlanacaq. Bukinqem sarayı bu barədə bəyanat yayıb.

Kralın bu qərarı qardaşının maliyyəçi Cefri Epşteyn, eləcə də seksual cinayətlərə görə məhkum edilmiş amerikalı prodüser Harvi Vaynşteyn ilə yaxın əlaqələri ilə izah olunur. Şahzadə Vindzordakı Royal Loc malikanəsini tərk etməli olacaq. Kral şəxsi vəsaiti ilə onun köçünü həyata keçirəcək. Xəbəri BBC yayıb.

65 yaşlı Endrü Çarlzın kiçik qardaşı, mərhum Kraliça Yelizavetanın ikinci oğludur. Son illər onun davranışı, Epşteyn ilə əlaqələri tənqid olunub. Bukinqem sarayı bildirir ki, şahzadə ona ittihamları inkar etsə də, cəza tədbirləri zəruri sayılır.

2021-ci ildə amerikalı Virciniya Cufre şahzadəyə qarşı seksual zorakılıq iddiası ilə məhkəməyə müraciət edib. O, şahzadə ilə yetkinlik yaşına çatmamış cinsi əlaqədə olduğunu iddia edib. Onu şahzadəyə Epşteynin “təqdim” etdiyini iddia edib. Şahzadə iddiaları rədd edib.

Bu ilin aprelində Cufrenin intihar etdiyi açıqlanıb. Oktyabrda Böyük Britaniyada onun xatirələri nəşr olunub.

Bu hadisə şahzadənin Epşteyn ilə əlaqələrini yenidən diqqət mərkəzinə gətirib. BBC araşdırıb ki, Endrü 2006-cı ildə Epşteyni, onun sevgilisini və Vaynşteyni böyük qızının 18 yaşını qeyd edəndə qəbul edib. Bu fakt isə onun Epşteyn ilə əlaqəsinin iddia olunduğundan daha dərinə getdiyini göstərə bilər.

Oktyabrın əvvəlində Endrü “York hersoqu” titulundan imtina edib. 2022-ci ildə isə o, kral ailəsinin üzvü kimi rəsmi vəzifələrini dayandırıb, səkkiz fəxri hərbi titulundan imtina edib.

Amma şahzadənin tituldan məhrum edilməsi onun Britaniya taxt-tacına varislikdən çıxarılması demək deyil. O, varislik siyahısında səkkizinci yerdədir.

Vaxtilə Britaniya mediasında şahzadə Endrünün Azərbaycan prezidenti İlham Əliyevlə dostluğu, onun bu ölkəyə davamlı səfərləri tənqid olunurdu. (AzadlıqRadiosu)

 

Tacxeber.com

Bizimlə əlaqə: tacxeber.com

Oxşar xəbərlər

Netanyahu: İran məni və həyat yoldaşımı öldürməyə cəhd etməklə çox böyük səhvə yol verdi

redaktor

Tesla-nın qarşısında etiraz aksiyası: “Maskı həbs edin!” – VİDEO

redaktor

Britaniya Ukraynaya 1,6 milyard funt sterlinq verəcək

redaktor