10 C
Bakı
19 Fevral 2026 19:22
DünyaTexnologiya

Kim Çen In dünyaya meydan oxudu – “Bu silah qarşısında heç bir güc…”

Şimali Koreya lideri Kim Çen Inıniştirakı ilə paytaxt Pxenyanda keçirilən mərasimdə istehsalı başa çatan 600 mm-lik çoxsaylı reaktiv yaylım atəşi sistemi ictimaiyyətə təqdim olunub.

Mərasimdə çıxış edən Kim Çen In yeni silah sisteminin süni intellekt dəstəkli idarəetmə texnologiyaları ilə təchiz edildiyini bildirib. Onun sözlərinə görə, sistem tətbiq ediləcəyi təqdirdə “düşmən ölkənin hərbi infrastrukturu və komanda-idarəetmə sistemi qısa müddətdə çökəcək”.

O iddia edib ki, “bu silah qarşısında heç bir güc dayana bilməz”.

Şimali Koreya lideri 600 mm-lik çoxsaylı raket sistemini “mükəmməl silah” adlandıraraq qeyd edib ki, bu kompleks taktiki ballistik raketlərin dəqiqliyini və zərbə gücünü, çox lüləli yaylım atəşi sistemlərinin sürətli atəş imkanları ilə birləşdirir. Onun sözlərinə görə, sistem dünyanın ən güclü kütləvi hücum vasitələrindən biridir.

Kim Çen In silahın yüksək dağıdıcı atəş gücünə malik olduğunu və eyni vaxtda həyata keçirilən qəfil zərbələrlə hədəfləri tam məhv edə biləcəyini bildirib. O, həmçinin bu tip sistemin başqa heç bir ölkədə mövcud olmadığını iddia edib.

Çıxışı zamanı Kim Çen In müdafiə sənayesinin inkişafının ölkə üçün qaçılmaz zərurət olduğunu deyərək, “ən güclü hücum potensialı ən etibarlı çəkindiricilikdir” ifadəsini işlədib. O əlavə edib ki, bu yanaşma təkcə sözlə deyil, praktikada da sübut olunmalıdır.

Məlumata görə, ötən ay keçirilən buraxılış sınağında son dəfə test edilən 600 mm-lik çoxsaylı raket sistemlərinin təxminən 400 kilometr mənzilə malik olduğu bildirilir. Yaxın vaxtlarda sistemin Şimali Koreya ordusunun silahlanmasına daxil ediləcəyi gözlənilir. (Azpolitika.info)

 

Tacxeber.com

Oxşar xəbərlər

Qaraçılar haradan gəliblər? Niyə qaraçı deyilir adlarına?

redaktor

Zülmə etiraz edən qadın mollaya bunu etdi – VİDEO

redaktor

Norveç Ukraynaya 328 milyon dollardan çox vəsait ayırmaq öhdəliyi götürüb

redaktor