Məlum olduğu ki, bu gün Cenevrədə iki günlük danışıqlar tərəflərin səsləndirdiyi “….mühüm məsələlər ətrafında ciddi və konstruktiv şəkildə fikir mübadiləsi oldu …” kimi təsvir edilir. Normal dildə isə “hələlik razılığa yaxın heç nə yoxdur” deyiləcək nəticə ilə bitdi daha obyektiv olardı.
Danışıqlarda nəticə əldə edilməsi üçün tərəflərdən ən azı biri aşağıdakı güzəştlərə getməlidir.
1. Rusiya:
a) Donetsk, Luqansk vilayətlərinin ərazilərinin tam nəzarətinə keçməsi tələbini geri çəkməlidir;
b) Ukrayna ərazisində Fransa, Britaniya hərbi kontingentinin olmasına etiraz etməməlidir;
c) Yuxarıda “a” bəndi yerinə, Ukrayna təklif edir ki, Donetsk, Luqansk vilayətlərinin ərazilərindən Ukrayna silahlı qüvvələrinin geri çəkildiyi dərinlikdə, Rusiya silahlı qüvvələri də geri çəkilsin;
Rusiya bu güzəştlərə gedərsə Tramp sanksiyaları geri çəkəcəyini vəd edir;
2. Ukrayna:
a) Donetsk, Luqansk vilayətlərinin ərazilərinin Ukrayna silahlı qüvvələrinin geri çəkməlidir və bu əraziləri Rusiyaya təhvil verməlidir;
b) Ukrayna ərazisində heç bir xarici dövlətlərin silahlı qüvvələrini yerləşdirməməlidir;
c) Ukrayna ərazisində rus dili ikinci dövlət dili və ya bərabər tətbiq edilə biləcək dil kimi tanınmalıdır;
Ukrayna bu güzəştlərə gedərsə Tramp ona təhlükəsizlik qarantiyası verəcəyini vəd edir.
Rusiya o qədər maymaq olmalıdır ki, Trampın 3 noyabr 2026 Konqres seçkilərindən sonra da indiki kimi Rusiyanın kiralanmış bir adamı kimi hərəkət edə biləcəyinə inansın.
Ukrayna o qədər maymaq olmalıdır ki, Trampın imzaladığı hər hansı bir sənədin hüquqi qüvvəsinin olmasına və bu hüquqi statusu iki aya sonra Trampın fikrinin 180° dönərək ləğv etməyəcəyinə inansın.
Bir məsələyə toxunmaq istəyirəm. Bir çoxları belə bir fikir səsləndirirlər ki, Trampın Ukraynaya vəd etdiyi təhlükəsizlik qarantiyası Konqresdə qanun şəklində qəbul edilərsə, bunu Tramp poza bilməz. Bu tam bir səhv fikirdir.
Belə ki, ABŞ konstitusiyası prezidentə xarici siyasətdə geniş səlahiyyət verir. Bundan əlavə, 𝗭𝗶𝘃𝗼𝘁𝗼𝗳𝘀𝗸𝘆 𝘃. 𝗞𝗲𝗿𝗿𝘆 (𝟮𝟬𝟭𝟱) məhkəmə işində ABŞ Ali məhkəməsi prezidentin xarici siyasətdə səlahiyyətlərini müstəsna və Konqres tərəfindən paralel olaraq icra edilə bilməyəcək səlahiyyət kimi tanıyıb.
Nəticə:
ABŞ-da 3 noyabr 2026 Konqres seçkilərindən əvvəl Rusiyanın və ya Ukraynanın ciddi bir güzəştə getməsi üçün onlardan birinin tamamilə çıxılmaz vəziyyətdə olması lazımdır, bu isə hələ ki, müşahidə olunmur.
