10 C
Bakı
18 Fevral 2026 12:55
DünyaSiyasət

Putin 10 gündən çoxdur kamera qarşısına çıxmır: Aqlaonema, Qolikovanın manikürü

Fevralın 5-də Rusiya prezidenti Vladimir Putin Rusiya xalqlarının birliyi ilinin açılış mərasimində çıxış edib. Ertəsi gün Kremldə iki iclas keçirilib. O vaxtdan Kreml “konservlər” yayıb. Bunu AzadlıqRadiosunun “Sistema” araşdırma layihəsi üzə çıxarıb. Yəni, Putin 11 gündür kameralar qarşısına çıxmayıb. Amma bu həftə onun iştirakı ilə bir neçə ictimai tədbir planlaşdırılır.

“Konserv” – prezidentin məmurlar, siyasətçilər və biznes təmsilçiləri ilə öncədən çəkilmiş görüşləridir. Bu görüşləri lentə alıb saxlayırlar. Prezident məzuniyyətə gedəndə, xəstələnəndə mətbuat xidməti həmin yazıları yayımlayaraq bugünkü xəbər kimi təqdim edir.

Bu il 18 “konserv” qeydə alınıb
2026-cı ildə “Sistem” prezidentin azı 18 “konserv” görüşünü qeydə alıb. Layihə bunları Putinin kabinetində müxtəlif vizual əlamətlərə – kitabların, karandaş və qələmlərin düzülüşünə, kabinetdəki Yeni il yolkasının təntənəli qurulduqdan bir neçə gün sonra yoxa çıxması əsasında müəyyən edib.

Bu dəfə isə əsas iki dəlil aşkarlanıb.

Birinci dəlil prezidentin kabinetindəki iki aqlaonema bitkisidir. Jurnalistlər müşahidə ediblər ki, sağ tərəfdə duran aqlaonemanın yarpaqlarından biri bu qış saralmağa başlayıb. Solmuş yarpaq prezidentin yanvarın 28-də keçirdiyi görüşlərin videosunda görünür. Fevralın 6-da bir videoda isə həmin yarpaq tamamilə saralıb. Digər yarpaqlar isə uzanıb. Fevralın 9-dan sonra yayımlanan, demək olar ki, bütün görüşlərdə aqlaonema yenidən yaşıllaşıb. “Bitkilər bunu bacarmır, bu, Kremlin “konserv” yayımladığını göstərir”, – “Sistema” bildirir.

Dırnaq boyasının rəngi

Baş nazirin müavini Tatyana Qolikova ilə görüş istisnadır, həmin kadrlarda da solmuş yarpaq görünür.

Fevralın 10-da Kreml Putinin Qolikova ilə görüşü barədə məlumat yayıb. Həmin görüşdə Qolikovanın manikürü tozlu-çəhrayı rəngdədir. Görüşün yayımlanmasından cəmi bir gün öncə isə Kremldə və daha sonra ictimai tədbirlərdə onun dırnaqları daha parlaq çəhrayı çalarında boyanıb. Qolikova 2026-cı il fevralın ilk günlərində də tozlu-çəhrayı manikürdə olub, ehtimal ki, bu “konserv” də məhz həmin vaxt lentə alınıb.

Bu görüşün daha bir detalı: Orada Putin “s” səsini bir qədər çətinliklə tələffüz edir. Kremlin fevralın 9-dan 17-dək yayımladığı digər videolarda o, həmişəki kimi danışır. Putin 5 fevral tarixli ictimai çıxışlarında da samitləri eyni cür zəif tələffüz edir. Bu tarixdən əvvəl isə adi qaydada danışır.

Jurnalistlər Kremlin fevralda Moskva meri Sergey Sobyanin, Şimali Osetiyanın rəhbəri Sergey Menyaylo və digər rəsmilərlə görüşlərinin “konserv”ini yaydığını üzə çıxarıb. Putinin yoxa çıxması ailə bayramı ilə üst-üstə düşüb. Fevralın ortalarında onun böyük oğlu İvanın doğum günüdür.

Fevralın 18-də Putin hökumət üzvləri ilə müşavirəsi, Strateji Təşəbbüslər Agentliyinin iclasında iştirakı gözlənilir.

“Sistema” Kremlin mətbuat xidmətinə sorğu göndərib. (Azadlıq qəzeti)

 

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda bəzi məhsullar iki il müdətinə gömrük rüsumundan azad edilir

redaktor

Rusiyanı 25 ailə idarə edir – Təsadüfi adamın sistemə daxil olması çətindir…

redaktor

AZƏRBAYCAN-RUSİYA GÖMRÜKLƏRİNDƏ NƏ BAŞ VERİR? – Yük maşınları günlərdir qonşu ölkəyə keçə bilmirlər…

redaktor