DünyaSiyasət

“Epşteyn işi”ndə Tramp izi

Əvvəl Epşteynin həbsi ilə bağlı hadisələrin xronologiyasına baxaq:

2005, mart. Rəsmi məlumatlara görə, Palm-Biç şəhər (Florida) polisinə Epşteynin azyaşlıları cinsi istismara cəlbetməsi üzrə ilk şikayət daxil olur. Polis şikayət üzrə 11 ay gizli araşdırma aparır, başqa şahid ifadələri toplayır, Epşteyni gizli izləyir və sair təhqiqat işləri aparır. Şikayəti təsdiq edən kifayət qədər sübutlar toplandıqdan sonra FTB nümayəndələrinin iştirakı ilə onun həmin şəhərdəki evində axtarış aparır. Evdə gizli kameralar, şikayəti təsdiq edən foto və videomateriallar aşkar edilir. Paralel olaraq FTB də bu işlə məşğul olur və onun cinayət əməlləri üzrə kifayət qədər dəlillər toplayır. Detallara getməyəcəm…

2008, iyun. Epşteyn azyaşlı qızları fahişəliyə cəlbetmə maddəsi üzrə təqsirli olduğunu etiraf edir və Florida ştatının məhkəməsi tərəfindən 18 aylıq həbs cəzası alır. Palm-Biç şəhərinin həbsxanasında komfort şəraitdə “cəzasını çəkir”: həftənin 6 günü 12 saat müddətində həbsxananı tərk edib işinə gedir, gecə gəlib kamerasında yatır. Nümunəvi davranışına görə 13 aydan sonra 1 illik sınaq müddətinə azadlığa buraxılır. Sınaq müddətində şəxsi təyyarəsində ABŞ daxilində hər yerə, hətta öz adasına gedə bilir.

Azad edilərkən Epşteyn Nyu York ştatında ömürlük 3-cü səviyyəli seks-cinayətkar (təkrar cinayət törətmək üzrə yüksək riskli) kimi qeydə alınır.

2019, 21 fevral. Florida cənub dairəsi üzrə dairə məhkəməsinin böyük hakimi Kennet Marra bəyan edir ki, federal prokurorlar Epşteynin yalnız Floridada törətdiyi cinayətlərini etiraf etməsinə imkan verməklə qanunu pozublar. Yəni onun cinayətləri Florida ştatı ilə məhdudlaşmır, iş federal məhkəmədə baxılmalı idi.

2019, 11 mart. ABŞ-ın Apellyasiya məhkəməsi Epşteynin cinayət işi üzrə materialların açılması üçün 1 həftə vaxt qoyur.

2019, 6 iyul. Epşteyn Parisdən qayıdarkən Nyu-Cersi ştatının hava limanında federal polis tərəfindən cinsi alver ittihamı üzrə saxlanılır və istintaq təcridxanasına yerləşdirilir.

2019, 23 iyul. Epşteyn kamerada boğazında boğulma izləri ilə yarıhuşsuz halda tapılır. Xəsarətin izlərinə görə bu intihar cəhdi kimi qiymətləndirilir, hərçənd bunu kamera yoldaşının etməsi ehtimalı da var idi. İntihardan sığortalanmaq üçün o, başqa kameraya köçürülür. Lakin 29 iyulda o yenidən adi kameraya qaytarılır. Eyni zamanda intiharın profilaktikası üçün Ədliyyə Nazirliyinə bildirilir ki, onun kamera yoldaşı olacaq, hər 30 dəqiqədən bir mühafizəçi kameraya baxacaq.

2019, 10 avqust. Rəsmi məlumata görə, Epşteyn kamerada ölü tapılır. Tibbi ekspertizanın rəyinə görə, o özünü boğaraq intihar etmişdi. 9 avqustda Epşteynin kamera yoldaşı başqa kameraya köçürülmüşdü. Mühafizəçilər isə 3 saatdan da çox müddətdə kameraya baxmamış, lakin jurnal qeydlərini saxtalaşdırmışdılar.

İndi isə Trampın bioqrafiyasının Epşteynlə bağlı bəzi məqamlarını nəzərdən keçirək.

2004. Tramp və Epşteyn Palm-Biçdə Maison de L’Amitié malikanədini almaq hüququ üstündə açıq münaqişəyə girirlər. Nəhayət, Tramp daha yüksək məbləğ təklif edərək, malikanəni alır. Bu hadisədən sonra, Trampın öz sözlərinə (2019-cu ildə Tramp demişdi ki, 15 ildir Epşteynlə danışmayıb) və artıq ictimailəşmiş yazışmalara görə, onların münasibətləri bitir.

Epşteyndən ilk rəsmiləşdirilmiş şikayət 2005-in əvvəlində olub. Özü də Florida ştatında, malikanə davası gedən Palm-Biç şəhərində. Trampın Mar-a-Laqo malikanəsi (əsas yaşayış ünvanı) də Florida ştatındadır. Təsadüfdürmü? İnanmıram ki, əvvəllər şikayətlər olmayıb – sadəcə, onlar rəsmiləşdirilməyib və şikayətçilər müxtəlif vasitələrlə susdurulub. Ola bilməzmi ki, malikanə münaqişəsindən sonra Epşteyn Trampı şantaj edib və ştatın milyarderi Tramp onu polis vasitəsilə qorxutmaq istəyib? Bu işdə polisə gizli arxa duran da Tramp olub? Xüsusən də Tramp kimi narsisdən bunu gözləmək olar.

2007. Tramp Epşteynə ona məxsus Mar-a-Laqo klubuna gəlməsini qəti qadağan edir. KİV-in məlumatına görə, guya buna səbəb Epşteynin klub üzvlərindən birinin qızına intim təklifi olub.

2008-ci ildə Epşteyn həbs edildi. Sanki Tramp Epşteynə dərs vermək istəyirdi, buna görə də cəzası çox yüngül oldu.

2016, 4 noyabr. Tramp 45-ci prezident seçilir.

Trampın indiki planlarının çoxu o vaxt da var idi, lakin heç birini nəinki həyat keçirə, heç başlaya bilmədi. Qlobalistlər onu bildiyimiz (saxta) və bilmədiyimiz (həqiqi) kompromatlarla şantaj edərək, istədikləri istiqamətə yönəldə bildilər. Yəqin ki, bu kompromatlar arasında heç yerdə deyilməyən Epşteyn dosyesi də var idi. Həm də Epşteynin qisas almaq istəyini də nəzərə almalıyıq. Əks halda onunla hesablaşmazdılar.

Tramp 2-ci dəfə prezident olmaq və öz planlarını həyata keçirtmək istəyirdi. Bu yolda ona əsas maneə Epşteyn idi. Dosye qaldıqca o, Epşteynin (onun arxasında dayananların) qulu olacaqdı. 2019-cu ilin fevralında Tramp yenə Florida məhkəməsi vasitəsilə “Epşteyn işi”ni aktuallaşdırır. Bu dəfə iş federal səviyyəyə qaldırılır – Tramp prezidentdir, artıq buna imkanı var.

Tezliklə Epşteyn həbs edilir. 17 gün sonra ilk “intihar” cəhdi olur, lakin nədənsə baş tutmur. 17 gün sonra 2-ci cəhd uğurlu olur. Yenə 17 gün sonra 27 avqustda Epşteynin cinayət işi üzrə şahidlərin iştirakı ilə ilkin məhkəmə dinləmələri olmalı idi…

Əgər Epşteyndə Trampa qarşı kompomatlar var idisə, o vaxt prezident olan Tramp onun məhkəmədə ifadə verməsinə yol verərdimi?

Tutaq ki, Epşteynin öldürülməsində və ya intiharında Trampın əli olmayıb. Onda:
1. Niyə 1-ci “intihar” hadisəsi araşdırılmadı?
2. Niyə prezident həbsxana rəhbərliyini belə kobud “səhlənkarlıqlara” yol verdiklərinə cəzalandırmadı?
3.Niyə “Epşteyn dosyesi”nin bağlı qalmasına və unudulmasına imkan yaratdı?

Əlbəttə, hadisələrin məhz yazdığım kimi baş verdiyini iddia etmək üçün faktlara malik deyiləm, lakin ən azı bu mülahizələr məntiqidir və nəzərdən keçirilməlidir.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Pakistanda daşqınlarda həlak olanların sayı minə çatır

redaktor

AP Azərbaycana sanksiyalar tələb etdi – Qətnamə

admin

Azərbaycanlı seysmoloqdan qorxunc zəlzələ açıqlaması: 2024-cü ildə…

redaktor