Qaldığım şəhər rəhbərliyində yüksək vəzifəli bir şəxslə tanış oldum. Bizə mən də qafqazlıyam, “İordaniya qafqazlısı” deyəndə yanımdakılar təəccüblənsə də, mən dərhal məsələni anladım.
Rusiya Qafqazı işğal edərkən ən sərt müqaviməti çərkəzlərdən görüb. İşğal baş tutandan sonra da ən çox qırılan, dəhşətli soyqırıma məruz qalanlar onlar olub.
Rusiya ordusu böyük itkilər verdiyi üçün qisas məqsədilə 1.5 milyon çərkəzi “Osmanlıya sürgün” adı altında köhnə, yararsız gəmilərə doldurub Qara dənizə buraxıb. Gəmilərin çoxu yolda batıb, bu faciə isə işğalçıların gözü qarşısında, rusların gülüş səsləri altında baş verib.
Hazırda Rusiyada cəmi 700 min, Türkiyədə isə 3 milyona yaxın çərkəz yaşayır. Bir qismi isə Ərəb coğrafiyası və Balkanlara səpələnib. Bunların arasında ən nüfuzlusu İordaniya çərkəzləridir.
Onlar İordaniya əhalisinin cəmi 1%-ni təşkil etsələr də, ölkənin əsas elitası sayılırlar. Dövlət onların dilini və mədəniyyətini qorumaq üçün xüsusi proqramlar həyata keçirir. Səbəbi sadədir: Kral ailəsi artıq 100 ildir ki, canını onlara etibar edir.
Qayda belədir: İmarətin çölündə ordu, içəridə isə yalnız çərkəzlər dayanmalıdır. Çərkəz mühafizəçilərin istənilən vaxt kralın belə otağına daxil olmaq və yoxlama aparmaq səlahiyyəti var. Yəni, İordaniyanı Haşimilər sülaləsi idarə etsə də, dövlət iyerarxiyasında onlardan dərhal sonra çərkəzlər gəlir. Tarixdə belə bir şey olmayıb, prezident və ya kral desin ki, mənim ailəmə ancaq filan millət yaxınlaşa bilər.
Hərbidə, nazirliklərdə və digər yüksək postlarda onlar dominantdırlar. Həkimlər, profesorlar yenə çərkəzlər. Sayları cəmi 150 min civarında olsa da, parlamentdə təmsil olunmaları üçün xüsusi kvota ayrılıb.
Bir haşiyə də çıxım, 1921-ci il tayfalar üsyanları, 1922-ci il vəhhabi hücumları, 1951-ci ildə krala sui-qəsd və 1970-ci il “Qara Sentyabr” (fələstinli qrupların üsyanı) hadisələri zamanı dövləti çöküşdən məhz çərkəzlər xilas edib.
Fotoda Kraliça Raniya əl-Abdullah və onun mühafizə dəstəsi görünür. Rəsmi qəbullarda və bayramlarda onlar tarixi Qafqaz geyimində, adi günlərdə isə mülki geyimdə və ən müasir odlu silahlarla xidmət aparırlar.”
