Venesuela müxalifətinin lideri Maria Corina Machado Rusiyanın Venesueladan çıxarılmasını tələb edib.
Maçado Münhen Təhlükəsizlik Konfransında Rusiyanı tənqid etdi.
“Clash Report” onun sözlərini sitat gətirir: “Biz Kuba, Rusiya və İranın qurumlarımızdakı varlığını aradan qaldırmalıyıq”.
Müxalifətçi həmçinin Çindən də bəhs edib. Onun sözlərinə görə, Pekin keçmiş lider Nikolas Maduro rejiminə 60 milyard dollardan çox yardım edib. Maçado hesab edir ki, Rusiya və digər ölkələrin təsirini aradan qaldırmaqla Amerika tarixdə ilk dəfə olaraq kommunizm və diktaturadan azad olacaq.
