16 C
Bakı
02 Aprel 2026 11:56
DünyaSiyasət

Münhendə şah oğlu və ikiüzlü siyasət

İranın sabiq şahının oğlu Rza Pəhləvi dünən Münhen Təhlükəsizlik Konfransında Mariya Maçadosayağı bəyanatlarla çıxış edib. Deyib ki, mən hakimiyyətə gəlsəm (məni hakimiyyətə qoysanız), İsraili tanıyacam, İranın nefti və qazını Avropaya göndərəcəm və Trampdan “ayətullah rejimini devirməkdə” İran xalqına kömək etməyi (yəni bombalamağı) xahiş edib.

Yaxşı, başa düşürəm ki, şah da insandır, onun da oğlu düşük, ya psixi xəstə ola bilər. Bu maraqlı deyil, maraqlı olan başqadır.

Özünü mədəni, demokratik sayan Avropa başbilənləri niyə bu düşüyü Münhen Təhlükəsizlik Konfransına çağırıblar, hətta ona İran xalqı adından çıxış etməyə imkan yaradıblar?!

Rza Pəhləvini kim və harada seçib? Avropa nə vaxtdan şah rejimini demokratik institut hesab etməyə başlayıb? Necə olur ki, prezidenti ümumxalq səsverməsi ilə seçilən respublikanın (əmirliyin yoxa!) başçısı qeyri-demokratiyanı, heç kimin seçmədiyi, uşaqlıqdan İranda yaşamayan və düşüklüyü ilə tanınan şah oğlu demokratiyanı təmsil edir?

ABŞ-dan öz ölkəsini bombalamağa çağırış edən Mariya Maçadoya Nobel Sülh mükafatı verənlərdən başqa nə gözləyəsən ki!

Vallahi, Avropa siyasətində demokratiya görmək üçün başdan beyini çıxartmaq lazımdır, yoxsa yanıb külə dönər.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Bakının memarlıq abidələri əldən gedir… “Bu məmurlar şəhəri bölüşdürüb satır” – Memar

redaktor

Tiflisdə növbəti etiraz: Xüsusi təyinatlılar yeridildi

admin

“İsrail Maskın sözlərinə görə “Starlink” ilə əlaqələri kəsir” – Nazir

admin